Zerdab.com saytı mükafata layiq görüldü

7
31

Zerdab.comİyul ayının 22-i Milli mətbuatımızın yaranmasının 139-cu ili tamam olur. Mlli mətbuatımız böyük və şərəfli inkişaf yolu keçib. Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözləri ilə desək, Azərbaycan mətbuatı mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı ləyaqətlə yerinə yetirir. Ölkəmizdə plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində aradan qaldırılıb. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın ilk peşəkar, operativ region saytı olan Zerdab.com Milli Mətbuat Günü ərəfəsində növbəti mükafatını alıb. Belə ki, “Gəncliyə Dəstək” İctimai Birliyi Milli mətbuatımızın 139-cu ildönümü münasibəti ilə Azərbaycanın ilk peşəkar, operativ region saytını gənclər təşkilatlarının fəaliyyətlərinin işıqlandırılmasına verdiyi dəstəyə görə diplomla təltif edib. Bu barədə Birliyin sədri Eldar Xəlilov açıqlama verib.

Qeyd edək ki, Zerdab.com saytı bu yaxınlarda Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif edilmişdi. Diplom sayta gənclər arasında milli-mənəvi dəyərlərin təbliğində peşəkar fəaliyyətinə görə verilmişdi.

Zerdab.com saytı olaraq əziyyətimizi dəyərləndirənlərə dərin təşəkkürümüzü bildiririk.

Zerdab.com

7 ŞƏRH

  1. Sevimli Zerdab.com-u növbəti diplomunu alması münasibəti ilə ürəkdən təbrik edirəm. Zerdab.com-un yaradıcısı Nicat bəy başda olmaqla bütün kollektivə bol-bol uğurlar arzulayıram.”Gəncliyə Dəstək” ictimai birliyinin sədri Eldar Xəlilova Zerdab.com-u bu diplomla təltif etdiyinə görə Sevimli Zerdab.com-un oxucuları adından minnətdarlıq edirəm. Çox hörmətli Nicat İntiqam ,əziz bayramımız-Milli jurnalistika günü ərəfəsində Allahdan istəyim budur ki,daha böyük mükafatlara layiq görüləsiniz.

  2. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsil, sosial müdafiyəyə ehtiyyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatının formalaşması, inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
    Bu yolda gənclər təşkilatının fəaliyyətinin işıqlandırılmasındakı fəaliyyətinə görə “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən Milli mətbuatın 139-cu ildönümü münasibəti ilə Zerdab.com-un diplomla təltif olunması münasibəti ilə Nicat müəllim Sizi və yaradıcı kollektiv üzvlərinizin hər birini təbrik edirəm və Sizlərə daha böyük uğurlar, nəaliyyətlər arzu edirəm.
    Hörmətlə, Eldəniz Həsənov
    Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq ekoenergetika akademiyasının professoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  3. Başlığı oxudum çox sevindim və qürür düydum ki,zerdab.com saytı mükafata layiq görülüb.Amma yazını oxuyanda,çox təəssüf,məyus oldum.Çünki,mənə elə gəlmişdi ki,saytınız ən azı Mətbuat Şurası tərəfindən mükafatlandırılar?!Nə yazıq ki,bu ölkədə meyar tamam başqadır.Yəni, bütün sahələrdə olduğu kimi, mətbatda da sərf edilən əməklə verilən qiymət adekvat deyil.
    Heç olmamaqdansa olmaq yaxşıdır.Bu diplomun verilməsi də bir jest,bir göstəricidir!Təbrik edirəm.

  4. Bizde oz novbemizde tebrik edirik.Ugurlariniz bol axirinci yox axarinci olsun.Sabahki bayramlariniz mubarek olsun.

  5. Salam , əziz Nicat İntiqam ! Böyük Yaradandan arzu edirəm ki,bu diplomlarınız sırasına Sizin fəxri adlarınız da daxil edilsin ! Fürsətdən istifadə edərək Sizi bu günkü bu əziz günümüzdə-milli jurnalistika günü münasibətilə təkrar təbrik edirəm . Sizə cansağlığı və bol-bol yaradıcılıq uğurları arzulayıram.
    Milli jurnalistika gününüz mübarək olsun !

  6. Zerdab.com-u qazandığı mükafata görə və Milli Jurnalistika Günü münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram.

  7. Dəyərli Nicat müəllim! Ürəkdən təbrik edirəm. Uğurlarınız inşaallah davamlı və bol olsun. Siz bu nailiyyətlərə zəhmətinizlə layiqsiniz.

Comments are closed.