Həsən Bəy Zərdabi Muzeyində tədbir – FOTOLAR

0
24

Zerdab rayonuZərdab rayonunda Həsən Bəy Zərdabi Muzeyində Azərbaycanda milli mətbuatın yaranmasının 139-cu ildönümünə həsr edilmiş “Mənim milli mətbuatım” adlı tədbir keçirilib. Tədbiri  giriş sözü ilə muzeyin direktoru Vəfa Bayramova açaraq H. B. Zərdabinin milli mətbuatımızın bünövrəsini qoyan “Əkinçi” qəzetinin Azərbaycanda maarifçilik hərəkatının  formalaşmasındakı rolundan, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaqda, elmi-mədəni səviyyənin yüksəltmək sahəsindəki böyük əhəmiyyətindən danışdı. Tədbirdə muzeyin əməkdaşı Tamilla Məmmədovanın “Mətbuatımızın “Əkinçi”si” adlı məruzəsi dinlənildi. Həmçinin tədbirdə “Əkinçi” qəzetinin əməkdaşı Tərlan Abdullayeva, şəhər 1 saylı uşaq bağçasının müdiri  Şəhla Xəlilova, bağçanın müəllimələri Gülsüm Şirinova, Nurlana Cəlilova, Veteranlar klubunun müdiri Sevinc Hüseynova, Gənclər kitabxanasının əməkdaşı Gülxanım Vəliyeva çıxış  edərək H. B. Zərdabinin misilsiz xidmətlərindən söz açdılar. Sonda tədbirdə iştirak edən şəhər 1 saylı uşaq bağçası körpələrinin ifasında H. B. Zərdabiyə və onun yaratdığı “Əkinçi”  qəzetinə həsr edilmiş şeirlər dinlənildi.

Həsən Bəy Zərdabi Muzeyinin direktoru Vəfa BayramovaZerdab rayonu

Zerdab rayonuZerdab rayonuZerdab rayonuZerdab rayonuZerdab rayonu