YAP Zərdab rayon təşkilatında tədbir keçirilib

0

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə dəyirmi masa keçirilib. www.zerdab.com saytının məlumatına görə, dəyirmi masada YAP Zərdab rayon təşkilatının Şura üzvləri, ilk partiya təşkilatlarının sədrləri, idarə və müəssisə təşkilatlarının Yeni Azərbaycan Partiyası fəalları iştirak ediblər. Tədbir çərçivəsində YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudovanın “Müasir Azərbaycanın bu günü Heydər Əliyev ideyalarının gerçəkliyidir” mövzusunda  məruzəsi dinlənilib. Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olmuş gənclərə vəsiqələr təqdim edilib.

www.zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 + six =