Zərdablı abituriyent İbrahim İbrahimov imtahanda 647 bal topladı

8
22
İbrahim İbrahimov
İbrahim İbrahimov

Ali məktəblərə keçirilən qəbul imtahanında Zərdab rayonundan daha bir abituriyent rekorda imza atıb. Zerdab.com saytına verilən xəbərə görə, Zərdab şəhər 1 saylı orta məktəbin yetirməsi İbrahimov İbrahim Bəhruz oğlu 647 bal toplayıb. O, bu rekorda III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında imza atıb. Qeyd edək ki, İbrahim İbrahimov ali məktəbə “Hədəf” kurslarının Zərdab təmsilçiliyində hazırlaşırdı. İbrahimi, onun yaxınlarını və “Hədəf” kurslarının müəllimlərini bu uğur münasibəti ilə təbrik edirik.

Zerdab.com

8 ŞƏRH

  1. Təbriklərə mən də qoşularaq İbrahimə və onun valideynlərinə gözaydınlığı verirəm. Allahdan arzu edirəm ki , ali məktəbi də uğurla başa vurub layiqli bir mütəxəssis olasan !

  2. təbrik edirik oxumaq gozeldi sen bunun ferqindesen inşallah butun ovladlar senin kimi savadlı olar. ugrlar

  3. Ama Ibrahim men bilen sen Bakida oxuyurdun. Niye bizim mektebin adi yazilibki?!

  4. TEBRIKLER ugurunun davami olsun INSALLAH hamiya qismet olar ANA,ATAnin gozleri aydin olsun TEBRIKLER bele yerlimiz olanda bizde qurur hissi keciririk. xebere gore twk

Comments are closed.