Zərdabın Məmmədqasımlı kəndində yanğın

0
27

yanğınZərdab rayonunda yanğın olub. Zerdab.com saytının Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Məmmədqasımlı kəndində vətəndaşa məxsus fermanın ərazisinə yığılmış ümumi çəkisi 140 ton olan ot tayasının 80 tonu yanıb. Ot tayasının qalan hissəsi və ferma yanğından mühafizə olunub.

Yanğın saat 14:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.