Əlini ver, birgə gedək bu yolu!

8
33
Gülər ALLAHVERDİYEVA
Gülər ALLAHVERDİYEVA.
Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı

ÖMRÜMƏ NUR SAÇAN İŞIQSAN

Anam Sifayət xanıma

Yorğun ürəyimə istirahətsən,

Sevgisiz qəlbimə saf məhəbbətsən,

Yalanlar içində tək həqiqətsən,

Ömrümə nur saçan işıqsan, ana.

***

Atalar sözüdür nəsihətlərin,

Doğru yol göstərir məsləhətlərin,

Məni oxşayanda titrək əllərin,

Özümü günahsız sanıram, ana.

***

Qorxan ürəyimin cəsarətisən,

Vəfasız dünyanın sədaqətisən,

Ailə sevinci, məhəbbətisən,

Çinartək ucasan, böyüksən, ana.

***

Canımı canına qurban verərəm,

Sən yaşa, mən sənin üçün ölərəm,

Allahdan canına sağlıq dilərəm,

Yaşa ki, Gülər də yaşasın ana.

 

ƏLİNİ VER MƏNƏ

Həsrətindən yox oluram, itirəm,

Tənhalıqdan üzülürəm, bitirəm,

İlləri-ayları tənha ötürəm,

Əlini ver, birgə gedək bu yolu!

***

Sevgimiz xətrinə gəl, biz qovuşaq,

Eşqin atəşində qaynayaq, daşaq,

Dərdlərin əlindən çıxıb sovuşaq,

Əlini ver, birgə gedək bu yolu!

***

Dərdimiz dağlara, daşlara getsin,

Bizə qəm gətirən ayrılıq bitsin,

Dünya zalımlara qoy zülüm etsin,

Əlini ver, birgə gedək bu yolu!

***

Gəl, bu iki cana əzab verməyək,

Andımızdan, əhdimizdən dönməyək,

Heç zaman düşməni sevindirməyək,

Əlini ver, birgə gedək bu yolu!

 

Gülər ALLAHVERDİYEVA

Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı

8 ŞƏRH

  1. Guler xanim,yazdiginiz serler haqqinda esitmisdim amma hec oxumamisdim bu gun ilk defe oxudum.Dogrusu cox xosuma geldi.Allahdan ananiz Sufayet xanima sarsilmaz can sagligi arzulayiriq.Sizede aile xosbextliyi,islerinizde bol-bol ugurlar arzulayiriq.

  2. Men hemishe deyirem Sene bu sozu ve indi de deyirem,SEN DAHISEN…! Ugurlar,ugurlar,yene de ugurlar.

  3. super super super ela çox bəyəndim, daha uğurlu şerlər gözləyirəm

  4. salam guler xanim cox gozel ve menali ser yazmisiniz cox xosuma geldi inwallah bu serlerin arxasi geler

  5. ay mama seni tebrik edirem.
    Seni dunyalar qeder cox isteyirem.
    Hörmetle:qızın Bahar.

Comments are closed.