Azərbaycan ordusu daha 4 şəhid verdi – Rəsmi açıqlama

2
Şehid defn

Şehid defnAvqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstərib.

Zerdab.com xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmən təxribatı zamanı onun hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki verib.

Həlak olan hərbi qulluqçular:

– gizir Əliyev Pərvin Səlahəddin oğlu;

– kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;

– kiçik gizir Əhmədov Elçin Rasim oğlu;

– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Azərbaycan Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

2 ŞƏRH

  1. allah sehidlerimize rehmet elesin onlar bizim qehramanlarimizdir sehidlerimiz hemise bizlerin qelbinde yasayirlar biz onlarla fexr edirik bizim ugrumuzda canlarindan qanlarindan kecib sinelerini siper edibler allah sehidlerimizin analarina ve ailelerine sebir versin

  2. allah butun sehidlerimize rehmet elesin sehidlermizin qani yerde qalmasin men size guvenirem azerbaycan ogullari in sallah qarabagimizi o qansizdarin elinden alajeyik

Şərh yaz

Please enter your comment!
Please enter your name here

15 + 16 =