Çərşənbə axşamı, Dekabr 10, 2019

Göz yaşların mübarək, Şəhid balası

0
şəhid balası
şəhid balasıŞəhid balası
Mübarək deyə bilmədim,
Döşündən asılan medalına, şəhid balası.
Göz yaşların mübarək olsun!
Boyuna biçilən bir ömürlük həsrətin, acıların,
Sabahlara uzanan ehtiyacların
Mübarək olsun, şəhid balası!
Əyninə geydiyin bu təmtəzə kədərinə
paxıllıq etməyəcək qonşu uşaqları.
Əlindən bir kimsə almayacaq
bu tənhalıq payını.
Gecələr islanan balıncını çevirəcək anan,
Tale çevirə bilməsə də atalı günlərini…
Şəhid balası!
Mübarək deyə bilmədim,
döşündən asılan medalına.
Başına dəyən bir ata şilləsinə
verərdin bu medalını,
gedərdin oynamağının dalınca.
Axı sənin nə vecinə
bu dünyada nələr olur, nələr olmur, şəhid balası?!
Niyə belə ağlayırsan,
medalına baxırsan?!
Bu, atanın yoxluğunun,
bir də yetimliyinin
dövlət tərəfindən təsdiq olunan təzə adıdı,
Şəhid balası!
FƏRQANƏ MİSGƏRQIZI.
Zərdab şəhər 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fifteen − 8 =