“Yarımçıq qalmış ömür” – Elnarın müəllimi yazır

2
Elnar Məmmədov
Elnar Məmmədov
Elnar Məmmədov
Elnar Məmmədov

Göyçay şəhərində kanalda çimərkən faciəli surətdə həlak olan keçmiş şagirdimiz Elnar Elşən oğlu Məmmədovun unudulmaz xatirəsinə

Ayrılıq var, sonu şirin vüsaldı,

Ayrılıq var, sonu yoxmuş, ay aman…

Həyat… fikirləşdiyimizdən daha qısa… Deyirlər, insan ana bətnində olarkən onun alın yazısı Tanrının mələkləri vasitəsilə yazılır. Kimisinə uğurlu, kimisinə uğursuz, kimisinə uzun, kimisinə qısa ömür…

Alın yazısında qısa ömür – 16 illik həyat yazılmış, lakin bu həyatı hamının qəlbində gözəl xatirələrlə qalmış əzizimiz Elnarın faciəli ölümü hamımızı sarsıtdı.

Onun haqqında bu mövzuda yazmaq heç ağıla gələn idimi? Bu, mənim üçün çox ağır və sarsıdıcı bir dərddir.

Natamam olan hər şey qəlbi ağrıdır.  O da ola insan ömrü, özü də əziz bir insanın…

Ailəsini sevən, qayğısına qalan bir oğul idi Elnar. Kimsənin qarşısında əyilməz, haqsızlığı heç götürməzdi. Sevimli, istiqanlı, səliqəli və zəhmətkeş şagird idi. O qədər qayğıkeş və mehriban idi ki, onunla həmsöhbət olan hər kəs məmnunluqla ayrılardı ondan. Həm də nikbin idi Elnar.

Bütün bu gözəl xüsusiyyətlər ona Tanrının payı idi.

İnsanları çox sevirdi, bu sevgi onun təbiətində idi (sən demə, insanlar da onu çox sevirmiş…).

Həm də çox etibarlı oğul idi Elnar (baxmayaraq ki, Natavan bacım, onu qoyub getdiyi üçün Elnarı etibarsız adlandırır…).

Bir sözlə, Elnar haqqında gözəl olan hər şeyi yazmaq olar.

Qayğıkeş, şən, xoşbəxt, qəmsiz, saf,  məsum, qəlbi təmiz Elnar.

Ürəyi arzularla dolu idi. Heyif ki, hamısı yarımçıq qaldı!…

Əziz oğlum, məkanın cənnət, ruhun şad olsun! Ulu Tanrıdan sənə rəhmət diləyirik! Sənin əziz və solmaz xatirən qəlbimizdə əbədi yaşayacaq.

Sizə isə Allahdan səbr diləyirik, bacım Natavan, qardaşım Elşən!

Şəhla EMİNOVA,

Zərdab şəhər 1 saylı məktəb-liseyin müəllimi.

 

2 ŞƏRH

  1. ALLAH SABRINIZI VERSIN?OVLAD ITKISI YAMAN AGIR IMIS.ALLAH BELA ITKILARI HEC BIR VALIDEYINLARA NASIB ETMASIN AMIN. YENADA ALLAHDAN SIZLARA SABR DILAMAYTI OZUMA BORC BILIDM.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

ten − four =