Kim nə deyirmişsə, düzüymüş, Allah

1
dunya

dunyaMƏNİM ÜMİDLƏRİM BUZUYMUŞ

 

Çox da bel bağlama, fanidi dünya,

Ötəri, keçici, anidi dünya.

Nə qədər can alıb,–canidi dünya…

Kim nə deyirmişsə, düzüymüş, Allah.

***

Bir vaxt dünya mənə çox şirin idi,

Dağ uca, dərələr gen, dərin idi,

Çayları dup-duru, səp-sərin idi,

Bilməzdim, dənizi duzuymuş, Allah.

***

Dərd yedi canımı, içim ovuldu,

Dənsiz dəyirmantək suyum sovuldu,

Gəncliyim əriyib dənizə doldu,

Mənim ümidlərim buzuymuş, Allah.

***

Məni ehtiyacdan, zaman çox yorur,

İncidir ruhumu, yaman çox yorur,

Hələ Axirətdə imtahan durur,

Burda çəkdiklərim azıymış, Allah.

***

Adım İsaməddin, yolum hayana?

Mal-mülk bir yanadı, iman bir yana,

Hazır olanlara son imtahana,

Cənnətin qışı da yazıymış, Allah.

 

İsaməddin ƏHMƏDOV, “Əkinçi” qəzetinin redaktoru.

1 comment

  1. Cox gozel serdir maassallah.Uca Allah dusunen qelbinize huzur nesib etsin ugurlariniz bol olsun.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × four =