Sənsiz bütün günüm qüssə, kədərdi

1

anaA N A

Məni bu dünyaya bəxş edən insan,–

Ömrümə gül-çiçək qatarsan, ana!

Gecədən sübhədək başımın üstə,

Şam təki əriyib yanarsan, ana!

***

Tükənməz qəlbimdə ana sevgisi,

Müqəddəsdir onun hər bir kəlməsi,

Olmasın heç zaman çıxıb getməsi,

Gözümü yollarda qoyarsan ana!

***

Saçımı oxşayıb, məni öpərsən,

İstəsəm, qəlbini mənə verərsən,

Hər zaman sən məni gülərüz görsən,

Özünü bəxtəvər sanarsan, ana!

***

Anacan, ad günün mübarək olsun,

Hədiyyən bir dəstə gül-çiçək olsun,

Demərəm heç vaxtı anam tək olsun,

Tək qalsan, pərişan olarsan ana!

***

Sən mənə həyatda hər şeydən üstün,

Canımı verərəm mən sənin üçün,

Ana kəlməsini duymasan bir gün,

Gültəki saralıb solarsan, ana!

***

Sənsiz bütün günüm qüssə, kədərdi,

Anasız övladın ömrü hədərdi,

Vəfasız gözəllər gəldi-gedərdi,

Həyatda sən mənə qalarsan, ana.

***

Pakdan pak ürəyi, saf məhəbbəti,

Tükənməz heç zaman onun zəhməti,

Arzumun zirvəsi, — uca cənnəti,

Ayağın altında saxlarsan, ana!

***

Qocaya dünyanı verən ağbirçək,

Qarşında borcluyam mən ölənədək,

Qanadı qırılmış ağ göyərçintək,

Balanın yoluna qonarsan, ana!

 

Qoca YAQUBLU.

Yarıməmmədbağı kənd tam orta məktəbinin XI sinif şagirdi

1 comment

  1. Allah butun valideynleri qorusun.Insaallah axarinci yox axarinci olun.ananizi sevin ugur hemise sizinle olacaq.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

19 − seven =