Zərdab sakini Suriyada öldürüldü – ŞOK

4
31
Zerdab
Foto internetdən götürülüb və öldürülən şəxsə aid deyil

Suriyada daha bir azərbaycanlı öldürülüb.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, Suriyada gedən döyüşlərdə öldürülən azərbaycanlı İslam Dövləti silahlı qruplaşması tərkibində vuruşan Zərdab rayon sakini, 1982-ci il təvəllüdlü Ramiz Ağasəf oğlu Abdullayevdir.

R. Abdullayevin ölüm xəbəri və meyitinin fotoları ailəsinə çatdırılıb. R. Abdullayev Suriyada dəfn edilib.

Yaxınlarının dediyinə görə, iki uşaq atası olan  R. Abdullayev uzun müddət Rusiyada yaşayıb.

Bir müddət əvvəl isə o, Zərdaba qayıdıb və döyüşmək üçün Suriyaya gedib.

4 ŞƏRH

Comments are closed.