Zərdabın Mübariz İbrahimovları… – FOTOLAR

8
35
Nəsibli Şükür Rəfayıl oğlu
Nəsibli Şükür Rəfayıl oğlu

 

VƏTƏN SİZƏ OĞUL DEYİR…

Bu ilki məzunlarımız arasında hərbi məktəblərə qəbul olunanlar da çoxdur

Qəhrəmanlıqlarla zəngin Azərbaycan tarixinin Zərdab səhifəsini hər dəfə vərəqləyəndə həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun, üç ” Şöhrət” ordenli Muradalı Heydərovun, 416-cı Azərbaycan-Taqanroq atıcı diviziyasının döyüş bayrağını Berlinədək aparan, “Şöhrət” ordeninin iki dərəcəsinə layiq görülmüş Cəlal Cavadovun Böyük Vətən müharibəsindəki şəxsi rəşadət və şücaətləri bizə qürur duyğusu yaşadır. Layiqli keçmişimiz ən dəyərli ənənələrini nəsildən-nəslə ötürərək bu günkü müasir gənclərimizə əsl məktəb ola bilir. Bu, danılmaz həqiqətdir.  I Qarabağ savaşında Zərdab rayonundan 130-dan çox gənc torpaqlarımızın azadlığı uğrunda şəhid, 104 nəfər isə döyüşlərdə yaralanaraq əlil olub. Bu müharibədə qəhrəmanlıq göstərən Gödəkqobu kənd sakini Zeyqəm Aslanov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, Hüseynxanlı kənd sakini Nurəmir Əliyev “Hərbi xidmətə görə” medalı ilə təltif olunublar. Belə  oğullarımızın siyahısını istənilən qədər uzada bilərəm. Lakin bu yerdə bu ilki orta məktəb məzunlarımızın peşə istəyindən söhbət açmaq niyyətindəyəm . Ürəkaçan fakt budur ki , həmin gənclərimiz hərbi peşələrə  də böyük maraq göstərir, bu sahəyə üstünlük verirlər.

Nəsibli Şükür Rəfayıl oğlu Zərdab rayonu Məlikumudlu kənd tam orta məktəbini bu il bitirərək sənədlərini DİN Daxili qoşunlarının ali hərbi məktəbinə təqdim edərək müəyyən edilmiş normativlər üzrə sınaq və müvafiq yoxlamalardan keçdikdən sonra Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında uğurla imtahan vermişdir. Bu il avqustun 10-da qəbul olunmuş I kurs tələbələrinin valideynləri ilə görüşdə Şükürün atası Rəfayıl Şıxəliyev də iştirak etmişdir. R. Şıxəliyev redaksiyamızda olarkən bu ali hərbi məktəbin tələbələr üçün yaradılmış yüksək şəraitindən böyük razılıqla danışdı. Dedi ki, burada 4 il təhsil alan tələbələrin yataqxana xərcləri, yeməyi, geyim formaları dövlət hesabınadır.  İnanıram ki, oğlum burada əsl vətənpərvər hərbçi kimi yetişəcək . Rəfayıl müəllim , Sizi və Nəzakət xanımı belə dəyərli oğul böyütdüyünüz üçün təbrik edirəm.

Kərimli Mikayıl
Kərimli Mikayıl

1 saylı məktəb-liseyin bu ilki məzunu Kərimli Mikayıl Ziyafəddin oğlu da Daxili qoşunların ali hərbi məktəbinə sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçdikdən sonra imtahanları uğurla verib. Mikayılın atası Ziyafəddin müəllim avqustun 10-da Daxili qoşunların ali hərbi məktəbində valideynlərlə keçirilən görüşdə iştirak etmiş , oğlunun təhsil alacağı bu ali məktəbdə tələbələrin yaşayışı ilə yaxından tanış olmuşdur. Xatırladaq ki , bu ali hərbi məktəbdə artıq dərslər başlanmışdır.

Ziyafəddin müəllim , oğlunuzun bu qələbəsi münasibəti ilə Sizi və Dinarə xanımı ürəkdən təbrik edirəm.

Məmişov Əkbər Əhməd oğlu Yuxarı Seyidlər kənd tam orta məktəbini bu il bitirmişdir. Əkbər hələ uşaqlıqdan hərbçi olmaq arzusunda idi . Ona görə sənədlərini  Daxili qoşunların ali hərbi məktəbinə verdi və normativlər üzrə sınaqdan uğurla keçib qəbul imtahanlarında iştirak etdi.Yaxşı nəticə ilə bu ali hərbi məktəbə daxil oldu .

Əkbərə uğurlar arzulayaraq yaxınlarına və əzizlərinə gözaydınlığı verirəm.

Şəftəhal kənd tam orta məktəbinin bu ilki məzunu Rüstəmli Rüstəm Mehdi oğlu hələ aşağı siniflərdə oxuyarkən C.Naxçıvanski adına hərbi liseylə yaxından maraqlanırdı . Hərbçi olmaq , Vətənə şərəflə qulluq etmək Rüstəmin çox arzuladığı bir sahədir. Ona görə də istəyinin ardınca gedərək hərbi liseyə qəbul olundu.

Yolun hər zaman açıq olsun , Rüstəm !

… Bəlkə də bu il orta məktəbi bitirən məzunlarımız sırasında hərbi məktəblərə daxil olan digər həmyerlilərimiz də var. Haqqında bəhs etdiyim bu 4 nəfərlə bərabər onları da təbrik edərək gələcəkdə bu şərəfli və çətin peşəni ləyaqətlə yerinə yetirmələri üçün hər birinə uğurlar arzulayıram .

Allah sizi qorusun !

TƏRLAN ABDULLAYEVA,

“ƏKİNÇİ”NİN MÜXBİRİ.

8 ŞƏRH

  1. cox hormetli TERLAN xanim bu cur telebelere
    deyer verdiyiniz ucun size tewekkur edirem her defe yazilarinizla bizi ferehlendirisiniz hec yorulmayin size iwlerinizde ugurlar

  2. Günay xanım , diqqətinizə görə çox təşəkkür edirəm .

  3. Çöx hörmətli Tərlan xanım.Maraqlı yazılarınızla bizi yenədə çox məmnun etdiniz.Sizə çox-çox təşəkkürlər edidəm. Qələminiz uqurlu olsun.Yeni yazılarınızla görüşmək ümüdilə.

  4. Əsl təşəkkürə layiq olan Sizsiniz ki , çox hörmətli Mehparə xanım ,zəhmət çəkib bu yazımı oxumusunuz .

  5. Salam Tərlan xanım , Sizin vətənpərvərlik mövzusundakı yazılarınız yaxşı mənada məni həmişə təsirləndirib.

  6. Hörmətli Tərlan xanım sizin hər bir məqalənizi oxuduqca insan ruhuna qida verir.Ümumiyyətlə siz hər bir şeyə dəyər verən insansıniz.Mən sizə uğurlar arzulayıram.Hec vaxt qələm tutan barmaqlarınız yorulmasın.

  7. Hörmətli Tərlan xanım sizə bu işlərinizdə uğurlar arzulayıram.Məqalələrinizi həvəslə oxuyuram.

  8. Ürəyinizə sağlıq , Tərlan xanım ! Sanki bizim də qəlbimizdən xəbərdar olaraq qələmə aldığınız bu isti sətirlər çox səmimi duyğulardır .

Comments are closed.