Söz adamının 60-ı: İsaməddin Əhmədovun ad günüdür

10
İsaməddin Əhmədov
İsaməddin Əhmədov

 

İsaməddin Əhmədov
Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov

 

Azərbaycan milli mətbuatı həmyerlimiz, dahi mütəfəkkir, vətənpərvər Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə ilk addımını atmış və təşəkkül tapmışdır. Zamanın sınağından keçmiş milli mətbuatımız Vətənimizin inkişafında, milli təfəkkürümüzün formalaşmasında, suverenliyə gedən yolda  vəsilə olmuşdur. Bu işin çətinlik və məsuliyyəti isə hər zaman peşəkar jurnalistlərin çiynində olmuşdur. Məhz siz də sələfiniz Həsən bəy Zərdabi kimi Azərbaycanın doğru söz və kəskin qələmə sahib olan peşəkar jurnalistlərindənsiniz. İlk mətbuat qaranquşumuz olmuş “Əkinçi”nin eyniadlı ardıcıl və davamçısı müasir “Əkinçi”miz sizin zəhmət və səyləriniz nəticəsində hazırda ölkəmizin  ən reytinqli region qəzeti kimi tanınır, sevilir və oxunur. Bu, sizin işgüzar və sənətini sevən jurnalist kimi yorulmaz fəaliyyətinizin nəticəsidir.  

Gözəl və ziyalı insan, hörmətli kollektiv rəhbəri və əziz İsaməddin müəllim! Ömrünüzün 60-cı ilini yola salırsınız. Həyatınızın 60 illik səhifəsi sizin Həsən bəy Zərdabidən “əxz” etdiyiniz jurnalistlik missiyanızın rəmzidir. 60 illik yubileyiniz münasibətilə redaktoru olduğunuz “Əkinçi” qəzetinin kollektivi olaraq, sizi səmimi qəlbdən təbrik edirik!Sizə sağlam,xoşbəxt və mənalı ömür, şəxsi həyat və ictimai fəaliyyətinizdə bol uğurlar arzulayırıq!

“Əkinçi”nin əməkdaşları: Tərlan Abdullayeva, Bənövşə Məmmədova, Günel İsaməddinqızı, Xəyalə Səfərova, Ələkbər Kərimov, Züleyxa Teyyubzadə.

Təbrikə Zerdab.com saytının kollektivi, H. B. Zərdabi muzeyinin əməkdaşları və “Əkinçi”nin veteran fotoqrafı Qulu Babayev də qoşulurlar.  

10 ŞƏRH

  1. ÇOX SAĞ OLUN!HAMINIZA, BÜTÜN OXUCULARA, BÜTÜN ZƏRDABİ VƏ “ƏKİNÇİ”SEVƏRLƏRƏ, məni tanıyan hər kəsə dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm. ONU DA DEMƏYİ LAZIM BİLİRƏM Kİ, “ƏKİNÇİ”NİN HƏR BİR UĞURU SİZİN UĞURUNUZDUR. “ƏKİNÇİ” SİZİN ÜÇÜN YAŞAYIR, ONU YAŞADAN SİZ OXUCULARSINIZ. QƏZETİMİZİN HƏR BİR ƏMƏKDAŞI SİZ OXUCULARIN ZÖVQÜNƏ UYĞUN MÖVZULARDA YAZILAR HAZIRLAYIB ÇAP ETDİRMƏYƏ ÇALIŞIR. BÜTÜN “ƏKİNÇİ”LƏR SİZİN ÜÇÜN ÇALIŞIR VƏ BUNDAN QÜRUR DUYURLAR. ALLAH SİZLƏRİ VAR ELƏSİN Kİ, “ƏKİNÇİ” DƏ VAR OLSUN!

  2. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 139 il bubdan öncə yaratdığı şah əsəri “Əkinçi”nin ədibin doğma yurdu Zərdabda eyni adla fəaliyyət göstərən “Əkinçi qəzeti”nin baş redaktoru-əsas yazarı olaraq dahi mütəfəkkirin tarixi xidmətlərini, ideyalarını işıqlandıran, onun arzu və amallarının həyata keçirilməsi yolunda böyük xidmətlər göstərən, Zərdabi yurdunun dəyərli övladı, sənətinə, yaradıcılığına, şəxsiyyətinə böyük hörmət bəslədiyim döstum, həmkarım İsaməddin müəllim Sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
    Hörmətli İsaməddin müəllim, Sizə həyatın ən şirin neməti olan cansağlığı, ailə xoşbəxtliyi, çoxsahəli yaradıcılıq fəaliyyətinizdə, Zərdabi ənənələrinə sadiq olaraq davam etdirdiyiniz şərəfli işlərinizdə yeni-yeni uğurlar arzulayıram!

    Hörmətlə,
    Eldəniz Həsənov
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
    “Ali Media” və “Qızıl Qələm” mükafatı laureatı

  3. Tebrik edirik! Arzu edirik keder sizden uzaq olsun ve gelecek günler daim sizə yaxşı ehval-ruhiyye bexş etsin!

  4. Sizi ürəkdən təbrik edirik edirik İsaməddin müəllim. Arzu edirik ki, həyatınız əvvəlkindən daha gözəl, sevinc dolu günlərlə zəngin olsun.

  5. Hörmetli İsameddin Ehmedov sizi ad gününüz münasibetiyle ürekden tebrik edirem.daha uzun iller sizi ekinçi qezetinin redaktoru olaraq görmek isteyirem.ömrünüz uzun canınız sağlam olsun.

  6. Mende butun tebriklere qosulub Isameddin muellimi tebrik edirem,ona yaradiciliginda daha boyuk uqurlar arzulayiram.

  7. hormetli isameddin muellim, sizi 60 illik yubileyiniz munasibetile tebrik edirem can sagligi arzulamaqla
    islerinizde ugurlar arzu edirem.

  8. SAĞ OLUN! SAĞ OLUN! SAĞ OLUN!
    HƏR BİRİNİZƏ DƏRİN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM. HƏR BİRİNİZİN TƏBRİKİ, SƏMİMİ SÖZLƏRİ VƏ ARZULARI MƏNİ HƏDSİZ SEVİNDİRDİ VƏ İNANIN Kİ, HƏM DƏ KÖVRƏLTDİ. ALLAHDAN ARZUM BUDUR Kİ, HƏR BİRİNİZƏ XOŞBƏXTLİK NƏSİB ELƏSİN, UZUN, XOŞBƏXT VƏ MƏNALI ÖMÜR YAŞAYASINIZ. SƏADƏT HƏR ZAMAN SİZİNLƏ OLSUN, BÜTÜN ARZU VƏ İSTƏKLƏRİNİZƏ ÇATASINIZ, ALLAH ÜRƏYİNİZƏ GÖRƏ VERSİN, İNŞALLAH.

  9. Mən də bütün təbriklərə qoşuluram.Sizin 60 illik yubleyinizi təbrik edir,işlərinizdə uğurlar arzulayıram.Yorulmayasınız.Qələminiz həmişə işıq saçsın.
    Həyatda ən gözəl nemət olan can sağlığı,can sağlığı,yenə də
    can sağlığı arzulayıram.
    AD GÜNÜNÜZ MÜBARƏK!

  10. salam İsaməddin müəllim.Sizin son zəng şerinizi istıyirəm tapa bilmirəm internetdə.Zəhmət deyilsə mənə o şeri yazın.Çalınma amandır çalınma son əng

Şərh yaz

Please enter your comment!
Please enter your name here

six − two =