Zərdab rayonunun bir qrup əlaçı şagirdi ekskursiyaya yola düşdü

1
26

Zərdab rayonuAzərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsinə uyğun olaraq Respublikamızın şəhər və rayonlarının əlaçı şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında ölkəmizin görməli və tarixi yerlərinə ekskursiyaları təşkil edilir. Həmin tədbirlər çərçivəsində 19.08.2014-cü il tarixdə Zərdab rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər əlaçı və nümunəvi şagirdləri onları müşayiət edən 4 nəfər (iki müəllim, bir həkim, bir bələdçi) Heydər Əliyev Mərkəzinin qarşısından yola salınmışdır. Ekskursiyaya gedən məktəblilərin yola salınma mərasimi təntənəli surətdə təşkil edilmiş, mərasimdə rayon rəhbərliyi, təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir. 

Yolasalma mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək tədbir iştirakçılarını salamlamış, son illərdə Respublikamızda və rayonumuzda aparılan quruculuq abadlıq işlərindən, təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı danışmış, cənab Prezidentimiz İlham Əliyevin uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə göstərdiyi bu böyük diqqət və qayğıya görə rayon ictimaiyyəti adından ölkə başçısına öz minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər də ölkə başçısının və Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın onlara göstərilən diqqət və qayğısından məmnun olduqlarını bildirməklə belə tədbirlərin məktəblilərin dünya görüşünün formalaşmasında böyük rol oynayacağını qeyd etmişlər.
Məktəblilərin ekskursiyası 22.08.2014-cü il tarixədək davam edəcək. Onlar bu müddətdə respublikamızın İsmayıllı, Qəbələ və Şəki rayonlarının ən görməli və tarixi yerləri ilə tanış olacaqlar.

Zərdab Rayon İcra Hakimiyyəti

Zərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonu

1 comment

  1. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə göstərdiyi bu böyük diqqət və qayğıya görə Mərkəzi kitabxananın bütün kollektivi adından Prezidentimiz cənab İlham Əliyevə eləcədə rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevə öz dərin minnətdarlığını bildiririk.

Comments are closed.