Jurnalist, yoxsa pulnalist?

0
yazar

sexy amputee porn yazarOnu çoxdan tanıyıram və bir neçə dəfə özümdən asılı olmayan səbəblərdən yol yoldaşlığımız da olub. İnsafən, hansı tədbirdə görsə məni unutmur, gəlib əl verib görüşür. Amma açığını deyim ki, bu illər ərzində o adamdan ağlım heç nə kəsməyib. O mənada ki, nə vaxt nə edəcəyi bəlli olmayan, bir gün nala, səhəri gün mıxa vuran bu adam üçün dəyər deyilən bir şey yoxdur.

http://johanstellerphotography.com Konkretliyi olmayan bu adam hər an hər şey edə bilər. Təəssüf ki, elə bir dövrdə yaşayırıq ki, belə adamların işinə yarayır, işi xod gedir. Bu şəxsin bu mənada heç bir problemi yoxdur.

http://johanstellerphotography.com Sayt açıb “redaktor”, nə bilim “baş direktor” olmaq mağazadan badımcan almaq qədər asan olub, bir gün eşitdim ki, o da sayt açıb və bu “şərəfə” nail olub.

http://johanstellerphotography.com “Ə” ilə danışmağı özü üçün dəb halına gətirən bu adam üçün təəssüf ki, pul birinci, ədəb-ərkan sonuncu yerdə dayanır.

İnsan havasız, isti, pis qoxulu otaqdan özünü bayıra qəfil necə atır? Çıxandan sonra  təmiz havada dərindən nəfəs alır ha, bax bu adamın böyük yerinə qoyulduğu tədbirdə, hansısa məclisdə mən də özümü havasız otaqdakı kimi hiss edirəm və işimi görüb qurtaran kimi tələm-tələsik çölə çıxıram və dərindən nəfəs alıram…

Bura qədər olan hissə yazımın girişi idi. Düzdür, bir qədər uzun oldu, amma özüm bilərəkdən bu qədər uzatdım ki, yazımın ikinci hissəsi daha anlaşıqlı olsun. Dünya əzəldən belədir, əziz oxucu, pis gün olmasa xoş günün qədrini bilmərik…

Nə yazıq ki, indiki dövrdə müəyyən bir təbəqə var ki, məhz yuxarıda sadaladığım qrupa aid olan insanlara ofis verir, pul buraxır, şərait yaradır və deyir “vur”. Şillə-qapazla vurmaqdan söhbət getmir, sarı mətbuatla qara-boz xəbərlərlə kimlərisə “vurmağı” nəzərdə tuturam. Yalanın ayaq tutub yeridiyi dövrümüzdə təəssüf ki, bu cür insanlar ayaqqabı rolunu oynayırlar – yalana ayaqqabılıq edirlər. Yalan onlar üçün çörəkağacı, gəlir mənbəyi, işinə davam etməyin, müdir olmanın dayaq nöqtəsidir.

Şillə adam öldürməsə də vuranda izi qalır. Bu adamlar üçün ləkələmək, şərləmək, baltalamaq üçün yalan xəbərlər də sillə kimidir, öldürmür, amma izi qalır. Məqsədləri zatən odur.

Necə ki, İŞİD bu gün özünü islam təbliğatçısı hesab edir, dünyamız üçün təhlükədir, özünü jurnalist hesab edən belələri də cəmiyyətimiz üçün təhlükə saçır. Belələrinə meydan vermək, şərait yaratmaq olmaz. Çünki bu gün birisinin pulunu alıb, başqasını vuran belə pulnalistlər, sabah başqasının pulunu alıb, birisinin özünü vuracaqlar. Dəyərin, mənəviyyatın, əxlaqın, ədəbin nə olduğunu bilməyən, böyük-kiçiyin hörmətini gözləməyən bu insanlar hər şeyi pulda axtardıqlarına, pulda gördüklərinə görə sabah bu gün pul aldıqları adamları da haqsız yerə “vuracaqlar”.

Məncə, cəmiyyətimizin düzəlməyini istəyiriksə, təəssüf doğuran, içimizi parçalayan hadisələrin azalmasını istəyiriksə, bu cür insanlara meydan verməməliyik. Medianın başında sözün qədrini, dəyərini bilən, özünə və ətrafındakılara dəyər verməyi bacaran, qulu puldan üstün tutan, normal ailə tərbiyəsi görən, vətənini, millətini, insanları sevənlər durmalıdırlar. Fikrimcə, əgər bir media orqanının başında əyri-əyri adamlar çalışırsa, ətrafındakılar da o cür düşünənlərdir, əgər bir media orqanının başında ədəbli, əxlaqlı adamlar çalışırsa, ətrafındakılar da o cür düşünənlərdir. Çünki hər kəs ətrafına özü kimi düşünən, başa düşən, dəyər verən, dəyərləndirən insanları toplamağa çalışır.

Ədəbsiz birinin əlinin altında çalışan ədəbli insan, təbii ki, işdən çıxmaq da varsa, şərəfsizliyə getməyəcək, odur ki, belələri ətraflarına məhz özükimiləri toplayıblar. Nəticəsi də göz önündədir.

Mənim inandığım bir şey var: heç nə itib-batmır. Elədiyimiz yaxşılıqlar da, pisliklər də. Əgər haqqında danışdığımız o “pulnalistlər” hər şeyin unudulacağını, elədiklərinin bir gün yaddan çıxacağını və şər atmaqla qazandıqları o pullarla xoşbəxt olacaqlarını düşünürlərsə, yanılırlar. Lazım olsa, misal da çəkə bilərəm…

Nə iş görürüksə, ona layiq nəticəsi də olacaq. Harada? Onu bilmək üçün kitab oxumaq lazımdır.

http://afcmarseille.com/porn/the-key-to-not-giving-a-fuck Nicat İntiqam

Şərh yaz

Please enter your comment!
Please enter your name here