Suriyada öldürülən Zərdab sakini orada dəfn edilib

0
28
ZərdabZərdab rayon sakini Ramiz Abdullayevin Suriyada öldürülməsi barədə məlumat vermişdik. APA TV-nin əməkdaşı  Süriyada öldürülən Ramiz Abdullayevin doğulduğu Zərdab rayon Qumlu qəsəbəsindəki evinə gedərək ailəsi ilə görüşüb. Kamera qarşısında danışmayan  ailə Ramizin bir il əvvəl Rusiyaya  və oradan da Suriyaya getdiyini bildirib. Ramizin qardaşının sözlərinə görə, bir ay bundan əvvəl Rusiyaya onun arxasınca getsə də onu tapa bilməyib. Xatırladaq ki, Ramiz Abdullayev ailəli olub, iki övladı var. Ailə üzvlərin sözlərinə görə, Suriyada döyüşlər zamanı öldürülən Ramiz Abdullayev orada dəfn edilib.