Zərdablı şagirdlər Şəkidə – FOTOLAR

10
33

Zerdab“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə hərəkət edən Zərdab rayonunun məktəbliləri avqustun 21-də qədim Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış oldular. Zerdab.com-a verilən xəbərə görə, səfər proqramına uyğun olaraq məktəblilər onlar üçün ayrılmış xüsusi avtobuslarla şəhərin yuxarı hissəsinə – “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəldilər. Qoruğu əhatələyən əzəmətli qala divarları- Narınqala məktəblilərin böyük marağına səbəb oldu.
Məlumat verildi ki, qala divarlarının Çələbi xanın dövründə, təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal olunur.
Tur-aksiyanın iştirakçıları qala divarlarının qarşısında xatirə şəkilləri çəkdirdilər.
Qoruğun ərazisində yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırıldı ki, bu saray XVIII əsrə aid nadir tarix-memarlıq abidəsidir. 1761-1762-ci illərdə inşa edilən sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Sarayın həyətindəki yaşı 500-ə çatan qoşa Xan çinarları məktəblilərin böyük marağına səbəb oldu. Bildirildi ki, bu çinarlardan ən böyüyünün hündürlüyü 42, gövdəsinin diametri isə 13,5 metrdir.
Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları bu ərazidə yerləşən Yay teatrına gəldilər. Şəhər mədəniyyət və turizm şöbəsinin təşkil etdiyi maraqlı konsert proqramı məktəblilərdə xoş əhval-ruhiyyə yaratdı. Onlar doyunca rəqs edib əyləndilər.
Səfər proqramına uyğun olaraq Zərdab məktəbliləri daha sonra XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanış oldular, Şəkinin digər tarixi məkanlarına baş çəkdilər, görməli yerlərini gəzdilər.
Qədim və müasir Şəki ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat yaratdı.

Zerdab.comZerdabZerdabZerdab

10 ŞƏRH

  1. Çoxx gözəl və maraqlı gəzinti oldu.Hər bir kəsə təsəkkur.

  2. Respublikamızın müxtəlif bölgələrində olduq.Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti haqqında xeyli məlumat öyrəndik.Bizi təmtəraqlı şəkildə yola saldıqları üçün Zərdab rayon İcra Hakiçiyyətinin başçısı Lütvəli Babayevə bütün şagirdlər adından təşəkkürlərimizi bildirirəm.

  3. Tur əla keçdi.Demək olar ki,vətənim haqqında bilmədiklərimi öyrəndim,bildiklərimi təkrarladım.Çoxlu dünyagörüşlü şagirdlərlə tanış oldum.Vətənimi yaxından tanıdım.

  4. “Olkemizi taniyaq” layihesi menim ucun cox maraqli kecdi. tanimadigimiz yerlerle tanis olduq.Basda prezidentimiz olmaqla ,her bir kese tesekkurler.

  5. Dogma vetenimi bir daha sevdim,ureyim qururla doldu..,,OLKEMIZI TANIYAQ,, layihesi coox maraqli,menali kecdi..buna gore olke prezidentine ve rayon rehberliyine derin minnetdaram.

  6. Tur cox maraqli kecdi.Bu layihe sayesinde bir cox gormeli yerleri gorduk.Bunun ucun her kese tesekkurler.

  7. “OLKEMIZI TANIYAQ” laihesinde mende iwdirak etdim ve hami kimi mende de gozel tesuratlar yarandi.turda taniw oldugum wagirdlere-royaya,xeyransaya,murada ve akife hemcinin bawqa uwaqlara da salamlarimi catdiriram

Comments are closed.