Zərdabda sağlam həyat naminə erkən nikaha “yox” dedilər – FOTOLAR

0
Zərdab rayonu

Zərdab rayonuZərdab rayonunda “Sağlam həyat naminə erkən nikaha yox de!” adlı maarifləndirmə tədbiri keçirilib.

            Zərdab Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rayon İcra Hakimiyyəti ilə birlikdə “Sağlam həyat naminə – Erkən nikaha yox de!” adlı maarifləndirmə tədbiri keçirmişdir.

            Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Rəhman Feyzullayev açmışdır. O, tədbirin keçirilməsinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirərək Komissiya tərəfindən rayonun müxtəlif ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri, məktəb rəhbərliyi, valideynlər, kənd ağsaqqallarının iştirakı ilə görüşlər keçirildiyini qeyd etmişdir. Bu görüşlərdə Rayon Polis Şöbəsinin əməkdaşları, Rayon Mərkəzi Xəstəxanasının həkimləri, Rayon Təhsil Şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin işçiləri iştirak və çıxışlar etmiş, video-çarxlar nümayiş etdirilmişdir. R.Feyzullayev qeyd etmişdir ki, rayonumuzda 2011-ci ildə 4, 2012-ci ildə 2 erkən nikah qeydə alınsa da görülən işlər nəticəsində 2013-cü və 2014-cü ilin müvafiq dövrü ərzində belə hallar baş verməmişdir. Son illərdə rayonun bir neçə kəndində erkən nikahın qarşısı alınmış və bunlar tam nəzarət altındadır.

           Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz gələcək nəslin sağlamlığı üçün bir sıra layihələr həyata keçirir. O, qeyd etmişdir ki, erkən nikahların 99  faizi uğursuz hesab olunur. Valideynlər bu sahədə birbaşa cavabdeh olmalıdır. Hər bir ailə sevgi, qarşılıqlı anlaşma üzərində qurulmalıdır. Valideynlər övladlarını gələcək həyata hazırlamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə 16 yaşına qədər ailə qurmuş şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır.

            Erkən nikahla bağlı film nümayiş etdirilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri Şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov mövzu ətrafında hazırlanmış slayd şou barədə məlumat vermişdir.

            AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Politologiya və Siyasi Sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə tədbirdə çıxış etmişdir.

            Sonda “Sağlam həyat naminə – Erkən nikaha yox de!” mövzusu ətrafında müzakirələr aparılmışdır. Rayon VVADQ Şöbəsinin müdiri Rahim Nuriyev, Şəhər Məscidinin axundu Hacı Feyzulla Tağıyev, Pərvanlı kənd sakini Məktub Eyvazov, Su-kanal İdarəsinin işçisi Xəyal Cavadov, Kəndəbil kənd Mədəniyyət Evinin müdiri Bəylər Abdullayev, Məmmədqasımlı kənd sakini Məhəmmədəli  Mehdiyev tədbirdə çıxışlar etmişlər.

  Zərdab Rayon İcra Hakimiyyəti   Zərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonu

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eight + 20 =