Dözün bir az…

0
33

göz yaşı

Mən öləndə ağlamayın,

Göz yaşından bezin bir az.

Qırx günlük yas saxlamayın,

Tez qurtarsın hüzn bir az.

***

Bir az da mənsiz yaşayın,

Kədərsiz, qəmsiz yaşayın.

Yadigarımsız yaşayın,

Yoxluğuma dözün bir az.

***

Ölüm də həyatdır, bilin,

Siz məni həyatda bilin.

Darıxsanız, kövrəlməyin,

Qəbrim üstə gəzin bir az.

***

Deyirdim, çox yaşayaram,

Təzə ömür başlayaram.

İnciməsin, dost-tanışlar

Yalan çıxdı sözüm bir az.

QALİB, Gəlmə kəndi.