Qələbə bayrağımız Şuşaya sancılacaq

0
Şuşa

ŞuşaQələmimi silaha çevirirəm bu gündən,

Silahımı düşmənə çevirirəm, bu gün mən.

Bəsdir! Artıq dolubdur səbr kasamız,

Neçə ildir alınıb ulu torpaqlarımız…

İstəmirdim savaşım, məni savaşa çəkdiz,

Sizinlə dava üçün bizi lap başa çəkdiz.

İstəyirdik sülh ilə gələsiniz siz yola,

Sussadınız torpağa, dövlətə, vara, pula.

Qarabağ deyə-deyə, qaraltdınız xoş çağı,

Sinəmizə çəkdiniz dağlar üstündən dağı.

Südəmər körpələri nizələrə keçirdiz,

Nə pis iş var dünyada, hamısını etdiniz.

Ana döşlərin kəsib, gözlərin çıxardınız,

Qanın yerə tökərək, bundan ləzzət aldınız.

Əsir düşənlərimin əzaların satdınız,

İyrənc əməlinizlə onları alçaltdınız.

Neçə illərdir dözdük, dedik bəlkə qanasız,

Artıq başa düşdük ki, başa düşmərsiz, qansız.

Köhnəki Azərbaycan, deyil bu Azərbaycan,

İndi hamı hazırdır, uğrunda gedə qurban.

Vətənin harayına yetişməyin vaxtıdır,

Silahlanıb hər kişi, döyüşməyin vaxtıdır.

Bütün şəhidlərimin almaq gərək qanını,

Bircə-bircə düşmənin alacağıq  canını.

Qarabağ bizimkidir, bizimki də olacaq,

Qələbə bayrağımız Şuşaya sancılacaq!

 

Vəzir BƏLALI, Otmanoba kəndi.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

19 − eleven =