Yellərə vermişəm mən o illəri

7
Gülər ALLAHVERDİYEVA
Gülər ALLAHVERDİYEVA. Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı
Gülər ALLAHVERDİYEVA
Gülər ALLAHVERDİYEVA.
Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı

 

Bir zaman adınla titrəyən qəlbim

İndi lal-kar olub, qalıb duyğusuz.

Hər gecə yuxumda səni görərdim,

İndi gözlərim də qalıb yuxusuz.

***

Sənə ümid ilə uzanan əllər

Ömürlük tutubdur başqa əlləri.

Uzun illər boyu tək səni sevib,

Yellərə vermişəm mən o illəri.

***

Sənin həsrətinlə ağlayan gözlər

Səni görməz oldu, səni unutdu.

Sənli xatirələr mənimçün ancaq

Qaranlıq gecədi, qara buluddu.

***

Səninlə sarsılan, enən qürurum

Daha incidilmir, məğrur durubdu.

Sən mənə verdiyin qırmızı güllər,

Çoxdan quruyubdu, çoxdan solubdu.

7 ŞƏRH

  1. Yeni şerinə görə səni təbrik edirəm gözəl həm də dərin mənalı şer yazmısan halal olsun .

  2. Guler xanim,serlerinizi seve-seve oxuyuruq cox xosumuza gelir.Her defe yeni movzuya toxunursuz sizde alinir.Dayanmayin isleyin,yazin bizde oxuyaq serh bildirek.Mene cox maraqlidir oz adini yazmaga bele curet tapmirlar amma guya serden baslari cixir bu anonimlerin.beysiz xanimsiz deye bilmerem amma mence en azindan zehmete qiymet vermeliydiz.Hansisa bir xanim haqqinda fikir bildirmemisden once oz evinizdeki xanimlari dusunsez yaxsi olar.

  3. Beyendim.Cox derin menali seirdi…ugur getirsin insallah.Guler Senin telebe vaxti yazdigin seirlerinde variydi olarda super idi.Eslinde hamisi superdi ama “6 Bela” yaradiciligvin vizit kartidi fikrimce capa hazirlasan yaxshi olar.

  4. Mence kitab çixarin.herkes behrelensin $eirlerinizden.Agdas sakinlerinden destek size.halal

Şərh yaz

Please enter your comment!
Please enter your name here

13 + eight =