Qoruqbağı kəndində heyvanlar tələf olur

1
26

mal-qaraZərdab rayonunun Qoruqbağı kəndində heyvanlar arasında naməlum xəstəlik yayılıb. Sakinlərin Zerdab.com saytına verdikləri məlumata görə, artıq bir neçə heyvan bu xəstəlikdən tələf olub.

Kənd sakini Fəqan Rəşidov saytımıza bildirdi ki, məsələ ilə bağlı aidiyyatı qurumların “qaynar xətti”nə məlumat verilsə də hələ ki, tədbir görülməyib.

Maraqlıdır ki, bu xəstəlik iribuynuzlu heyvanlarla yanaşı, qoyunlar arasında da yayılıb.

Xəstəliyin əlamətləri isə belədir: heyvanların bədənində bir neçə günün içərisində yüzlərlə şiş əmələ gəlir. Həmin şişlər çirk edir. Bundan başqa, inəkləri sağanda süd yerinə qan gəlir.

Qəribədir ki, kənd sakinləri öz vəsaitləri hesabına mal-qaraları müalicə etdirsələr də, heç bir nəticəsi olmayıb. Sakinlər problemin həllində Zərdab Rayon Baytarlıq İdarəsinin rəhbərliyindən köməklik gözləyirlər. Əks təqdirdə gec olacaq…

Mövzunu diqqətdə saxlayacağıq.

Qeyd edək ki, problemlə bağlı bir neçə telekanalın bölgə müxbirlərinin Qoruqbağı kəndinə çəkilişə gəlməsi də planlaşdırılır.

Zerdab.com

1 comment

Comments are closed.