Zərdabda Qurban bayramı qeyd edildi – FOTOLAR

4
Qurban bayrami
Qurban bayrami
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Qurban bayramı münasibətilə təşkil olunan ümumrayon mərasimində çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik edib.

Zərdabda qurban bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Bu barədə Zerdab.com saytına Zərdab Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda deyilir: “İcra Hakimiyyətinin rəhbərliyi altında çoxsaylı iri və xırdabuynuzlu heyvan kəsilərək imtiyazlı ailələrə, tənha və imkansızlara paylanılıb. Ümumilikdə 300 nəfər Qurban payı ilə təmin olunub.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Qurban bayramı münasibətilə təşkil olunan ümumrayon mərasimində çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik edib. Milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından söhbət açıb. Müqəddəs Qurban bayramının mahiyyəti haqqında geniş məlumat verib.

Tədbir iştirakçıları dövlətimizin milli mənəvi dəyərlərimizə sadiqliyinə, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq ediblər”.

Qurban bayramiQurban bayramiQurban bayrami

4 ŞƏRH

  1. SALAM /QURBAN BAYRAMINIZ MUBAREK. ALLAH QEBUL ELESIN QURBANLARI HER BIRINIZIN HER BIRIMIZIN QURBANLARI QEBUL OLSUN INWALLAH/ LUTFELI MUELLIMINDE QURBANLARI QEBUL OLSUN, SAVABDI SAG OLSUN.

  2. QURBAN BAYRAMI EN EZIZ BAYRAMLARDAN BIRIDIR MENDE ELE BUNA GORE BUTUN INSANLARIN QURBAN BAYRAMINI TEBRIK EDIREM

Şərh yaz

Please enter your comment!
Please enter your name here

1 × 4 =