Zərdabda Şuşadan olan məcburi köçkünlərə maddi yardım edilib

0
25

Zərdab Rayon İcra Hakimiyyətində Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən olan Şuşanın erməni hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilib. www.zerdab.com saytının məlumatına görə, rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev, onun birinci müavini Allahverdi Səfərov mövzu ilə əlaqədar məruzə ediblər. Natiqlər Azərbaycana qarşı erməni təcavüzündən, erməni daşnaklarının məkrli niyyətlərindən, ötən əsrin sonuncu onilliyində Qarabağa xaincəsinə hücumlarından, Şuşanın işğalından danışıblar.
Yığıncaqda şuşalı məcburi köçkün Sitarə Əliyeva da erməni vəhşiliklərindən danışıb. O, Şuşaya qovuşacaqları günün çox da uzaqda olmadığına inandığını qeyd edib. Sonda Şuşadan olan məcburi köçkünlərə maddi yardım edilib.

www.zerdab.com