Zərdabda ixtisaslaşdırılmış “yaşıl market”lər yaradılacaq

0
22

Zərdab rayonuXəbər verdiyimiz kimi, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü il oktyabrın 10-da Aran iqtisadi rayonu üzrə Zərdab rayonunun Çallı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

SKMF-dan Zerdab.com-a verilən məlumata görə, forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, fond tərəfindən Zərdab rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması; ət kəsimi, çörək və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması; cins heyvandarlıq və bağçılıq təsərrüfatlarının yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sevinc