Zərdabda Dövlət Müstəqilliyi Günü qeyd olundu – FOTOLAR

0

ZərdabZərdab rayonunda Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Bu barədə Zerdab.com saytına Zərdab Rayon İcra Hakimiyyətindən məlumat verilib: “Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub. Bildirilib ki, Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edilib. Ali Sovetin həmin ilin 18 oktyabr tarixli sessiyasında isə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilib. Yığıncaqda çıxış edənlər qeyd ediblər ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindəndir. Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. Bizim də əsas vəzifəmiz bu tarixi nailiyyəti qoruyub saxlamaq, daha da gücləndirməkdir”.

Günel ZərdabZərdab