Əməkdar müəllim, həmyerlimiz Ömər Tarverdiyev

0
Ömər Tarverdiyev
"Əməkdar müəllim" Ömər Tarverdiyev
Ömər Tarverdiyev
Əməkdar müəllim Ömər Tarverdiyev

Zərdab rayonunda böyük maarifpərvər və publisist Həsən bəy Zərdabinin adını doğruldacaq sələflərinin sayı çoxdur. Belə oğullardan biri də 1953-cü ildən Zərdab şəhərində anadan olmuş Tarverdiyev Ömər Səbbət oğludur. Orta məktəbi bitirdikdən sonra APİ-yə (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) daxil olan Ömər müəllim əvvəl həmin ali məktəbin hərbi rəhbər fakultəsini, 1978-ci ildə isə insitutun tarix fakultəsini də fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı dövrdə fəal ictimaiyyətçi olduğunu nəzərə alaraq, həm də əlaçı tələbə kimi müxtəlif fakultələrdə təhsil alan 15 tələbə ilə birlikdə Bolqarıstan Respublikasına göndərilib. Bolqarıstanda Roma dövrü ilə bağlı aparılan arxeoloji ekspedisiyada iştirak etmişdir. 1978-ci il avqustun 14-də Sofiya şəhərində olarkən Bolqarıstan Dövlət İncəsənət Muzeyinin qarşısında həmişə xaricdə təhsil alan tələbələrlə, Azərbaycan diasporu ilə maraqlanan, təcrübə aparan tələbələrə qayğı göstərən ümummilli lider Heydər Əliyev və indiki Prezidentimiz cənab İlham Əliyevlə görüşmüşdür.

1979-cu ildən Zərdab şəhər 1 saylı məktəb-liseydə tarix müəllimi kimi fəaliyyət göstərir. İxtisasını sevməyi bacaran Ömər müəllimin şagirdlərindən bir çoxu hal-hazırda Zərdab rayonunda tarix müəllimi kimi fəaliyyət göstərir. Ömər müəllimin bir neçə şagirdi hazırda dövlət və inzibati orqanlarda fəaliyyət götərir. Ömər Tarverdiyev dəfələrlə “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür. Bir neçə dəfə Zərdab Rayon İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 1991-ci ildə “Metodist müəllim” adına layiq görülmüş və iş təcrübəsinin yayılması haqqında qərar qəbul edilmişdir. Ömər müəllimin şagirdləri dəfələrlə fənn olimipiadalarının qalibləri olmuşdur.
Hərtərəfli və səmərəli fəaliyyəti diqqət mərkəzində olan Ömər müəllimin də zəhmətinə və səmərəli fəaliyyətinə ölkə Prezidenti yüksək qiymət vermişdir. Belə ki, Prezident İlham Əliyevin 2004-cü il 4 oktyabr tarixli sərancamı ilə Ömər Tarverdiyev “Əməkdar müəllim” Fəxri adına layiq görülmüşdür.

Biz də öz növbəmizdə Zerdab.com saytı olaraq Ömər müəllimə uzun ömür, cansağlığı və işlərində uğurlar diləyirik.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

one × two =