Şəhid atası Lütvəli Babayevə müraciət etdi

0
34
Lütvəli Babayev
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev

Zərdab rayonunun Məlikli kənd sakini, şəhid atası Rəsul Zalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevə müraciət edib. Zerdab.com saytının xəbərinə görə, şəhid atasının müraciəti Məlikli kənd orta məktəbinə oğlunun adının verilməsi ilə bağlı olub. Rəsul Zalov müraciətində deyib: “Atamı 2 yaşımda itirmişəm. Oğlum isə vətən yolunda – Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İstəyirəm ki, oğlumun adı kənd məktəbinə verilsin. Sizdən xahiş edirəm ki, bu məsələdə mənə yardımçı olasınız”.

Qeyd edək ki, artıq Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev şəhidin adının əbədiləşdirilməsi ilə bağlı ölkəmizin səlahiyyətli rəhbər orqanlarına rəsmi müraciət edilməsi barədə İcra Hakimiyyəti Başçısı aparatının müvafiq şöbəsinə tapşırıq verib.

Sevinc Vaqifqızı