Zərdabi nəslinin gənc nümayəndəsi: həkim Vüqar Abbasov

6
119

Vüqar AbbasovHəsən bəy Zərdabi nəslinin daha bir nümayəndəsi: gənc həkim Abbasov Vüqar Şahlar oğlu

Həmyerlimiz öz şərəfli peşəsini Astarxanın Liman şəhərində uğurla davam etdirir

Yaşadığı dövrdə özünün əsl qiymətini almayan, keşməkeşli həyatında daim təqiblərə, təzyiqlərə məruz qalan, Sovet dönəmində yaradıcılığı və həyatı hərtərəfli öyrənilməyən Həsən bəy Zərdabi Azərbaycanda müstəqillik günəşinin doğması ilə öz layiqli dəyərini aldı. Dahi həmyerlimizin irsi nəinki vərəq-vərəq öyrənildi, hətta bu nəslin digər nümayəndələrindən də böyük maraqla söhbət açıldı .

Həmin nəslin belə nümayəndələrindən biri də Həsən bəy Zərdabinin qardaşı Səfəralı bəyin nəvəsi Sara xanım Məlikova Həmdulla bəyin Orta Asiyada sürgündə doğulan qızıdır. Üstündən illər keçəndən sonra Sara xanım Zərdaba gəlib ata-baba yurdunda Heyyət İsayevlə ailə həyatı qurmuş və bu evlilikdən onların Sərxan, Çərkəz, Elşad, Azər, Aqşin və Gülafər adlı qızı olmuşdur. Haqqında söhbət açmaq istədiyim gənc həkim Abbasov Vüqar Şahlar oğlu da məhz Sara xanımın qızı Gülafərin oğludur.

Vüqarı çox yaxşı tanıyıram. Qonşuyuq, bir binada yaşayırıq. Hələ yeniyetməlik illərindən sakit təbiətli, mülayim, özündən kiçiklərə mərhəmətlə, böyüklərə hörmətlə yanaşandır. Şəhərimizdəki 1 saylı məktəb-liseyi bitirib. Rusiyada təhsil almaq arzusunu reallaşdırmaq üçün sənədlərini Astarxan Dövlət Tibb Akademiyasına verdi. İmtahanlardan uğurla keçdi. Akademiyanın tələbələri sırasına daxil olaraq doğmalarını və əzizlərini çox sevindirdi. Tədris ilinin ilk aylarından özünün zəhmətsevərliyi, səmimiliyi ilə Tibb Akademiyasının professor və müəllim heyyətinin, tələbə yoldaşlarının hörmətini qazana bildi. Gələcəkdə yaxşı həkim olmaq üçün təcrübə dərslərində daha diqqətli oldu. Burun-boğaz-qulaq üzrə ixtisaslaşdı. Təhsilini bitirdi. Dövlət Tibb Akademiyasının təyinatı ilə Astarxanın Liman şəhərindəki poliklinikada həkim kimi fəaliyyətə başladı. Vüqar artıq bir ilə yaxındır ki, həmin tibb müəssisəsində öz peşəsini şərəflə yerinə yetirir. İşlədiyi kollektivdə azərbaycanlıların necə istiqanlı və bacarıqlı olduğunu öz davranışı ilə təsdiqləyir. Yeri gəldikcə, müxtəlif millətlərdən olan həkim həmkarlarına Həsən bəy Zərdabidən də qürurla danışır. Deyir ki, dahi həmyerlimiz Həsən bəy Zərdabi ilə təkcə onun  qohumları deyil, bütün Zərdab torpağı fəxr edir.
…Nə gözəl! Vüqar, onu da mən əlavə etmək istəyirəm ki, Həsən bəy Zərdabi ilə bütün azərbaycanlılar fəxr edir.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ

Vüqar Abbasov
Vüqar Abbasov
Sara xanım
Vüqarın nənəsi Sara xanım qardaşı Məhəmmədəli bəyin qızı, hazırda ailəsi ilə birlikdə Qazaxıstanın Aktau şəhərində yaşayan Hənifə xanım
Vüqar Abbasov
Vüqar anası Gülafır xanım və başqa qohumları ilə.

6 ŞƏRH

  1. Rayon MKS-nin şəhər 39 saylı filialkitabxanasının əməkdaşı
    Gülxanım Vəliyeva:
    Mən bir kitabxanaçı olaraq dahi həmyerlimiz Həsən bəy Zərdabinin həyatı,yaradıcılığı,repressiyaya uğramış qohumları ilə həmişə maraqlanmışam.Tərlan xanımın diqqətimi
    cəlb edən bu yazısında da dahi həmyerlimizin həmin qohumları ehtiramla xatırlanır.Bu nəslin gənc nümayəndəsi Vüqar Abbasovun isə,Astarxanın Liman şəhərindəki həkimlik
    fəaliyyətu məni təsirləndirdi.Xüsusilə Vüqar həkimin başqa millətlərdən olan öz həkim kollegiyalarına Həsən bəy Zərdabi haqqında anlatması,ətraflı məlumat verməsi çox diqqətəlayiqdir.Ona görə də Tərlan xanıma bu gözəl məqaləyə görə təkrar-təkrar minnətdarlıq edirəm.

  2. Ewq olsun 2005ci ilin 11b sinfine ve sinif rehberimiz eziz Şehla muellimeye.halal olsun sene menim sinif yoldawim ve kollegam Vuqar hekim.Baxmayaraqki men Eczaçıyam ama yenede tibb ixtisasina sahibik de. Bu ugurlara gore butun muellim kollektivimize ve valideynlermize borcluyuq.

  3. bibi oglu tebrik edirem sen heyatda her gozelliye laiq olan insansan seninle fexr edirem,sen menim bibim oglu olmasaydinda men seninle fexr edecekdim cunki sen zerdabi neslinden cixan insansan..hormetle Dayin Oglu Else..baki seheri

Comments are closed.