Ucar-Zərdab yolunda qəza; üç nəfər xəsarət aldı

0
30

qəzaUcar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün 16.00 radələrində Ucar-Zərdab əsas magistral yolunun 3-cü kilometrliyində, Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

“Shagman”  markalı yük maşını ilə “VAZ-21 07” markalı minik maşının toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlar “VAZ-21 07”-nin sürücüsü Goranboy rayon sakini, 1968-ci il təvəllüdlü  Abdullayev Arzu Xudafər oğlu, onun həmyerliləri 1991-ci il təvəllüdlü Orucov Şirin Novruz Oğlu və 1974-cü il təvəllüdlü  Zalov İlqar Nəriman oğludur. Hadisənin baş vermə səbəbi Ucar Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.