Zərdabda kriminal avtoritet dəm qazından boğularaq ölüb

3
65
Mərhumun uzun müddət Rusiyada məhkumluq həyatı yaşadığı, cinayət aləmində tanınmış şəxs olduğu bildirilir.
Mərhumun uzun müddət Rusiyada məhkumluq həyatı yaşadığı, cinayət aləmində tanınmış şəxs olduğu bildirilir.

Zərdab rayon sakini dəm qazından boğularaq ölüb.

Zərdab rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yanvarın 15-də gündüz saatlarında Zərdab şəhərinin Azərbaycan küçəsində yaşayan 1978-ci il təvəllüdlü Hüseynov Şirin Müsəllim oğlu hamamda çimərkən dünyasını dəyişib. İlkin ehtimala görə, Zərdab sakini dəm qaz boğularaq ölüb.
Mərhumun uzun müddət Rusiyada məhkumluq həyatı yaşadığı, cinayət aləmində tanınmış şəxs olduğu bildirilib.
Məlumata görə, Ş. Hüseynov 3-4 ay əvvəl rayona qayıdıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır.

3 ŞƏRH

  1. Allah gunahlarin bagislasin qebrin nurla doldursun ve en esasi yerin cennetlik etsin INSALLAH

Comments are closed.