Allahqulubağı kəndindən FOTOLAR

9
90

Allahqulubağı kəndiAllahqulubağı kəndi Zərdab rayon mərkəzindən 3,5 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Əlibəyli kənd inzibati ərazi vahidindədir. Kəndin adı “Allahqulu adlı nüfuzlu şəxsə aid kənd” deməkdir. Həmyerlimiz, gənc və istedadlı fotoqraf Samir bu günlərdə həmin kənddə olub və maraqlı fotolar çəkib. İnanırıq ki, bu fotolar hər birinizin ürəyincə olacaq. Fəxr edirik ki, Zərdab rayonumuzun tarixində ilk dəfə olaraq kəndlərdən çəkilmiş professional fotolar sistemli şəkildə məhz Zerdab.com saytında virtual dünyaya qovuşur…

 Zerdab.com

Allahqulubağı kəndi

Allahqulubağı kəndiAllahqulubağı kəndiAllahqulubağı kəndiAllahqulubağı kəndiAllahqulubağı kəndiAllahqulubağı kəndiAllahqulubağı kəndiAllahqulubağı kəndiAllahqulubağı kəndiAllahqulubağı kəndiAllahqulubağı kəndi

Samir
Fotoqraf: Samir

 

9 ŞƏRH

  1. Payızın ilıq nəfəsli bu noyabr günündə təqdim olunan yaz ovqatlı bu mənzərələr indi – bahar həsrəti sorağında olan təbiət aşiqləri üçün əsl töhfədir. Kür çayı sahilində yerləşən Allahqulubağı fotoqraf Samirin obyektivində necə də əsrarəngizdir … Bəlkə də bu gözəlliyin yanından zaman-zaman çox keçmişik . Amma onu sənətkar gözü ilə görə bilməmişik . Mənim zövqümə görə yağışın yuduğu , günəş şüalarının qurutduğu yaşıllıqdan füsunkar bir şey yoxdur. Çünki bu mənzərəni seyr edərkən gözəlliyin həm də hikmətli olduğunu anlayırsan. Samir , bu duyğuları yaşatdığın üçün sənə, bu dəyərli fotoları yayımladığı üçün doğma Zerdab.com-a təşəkkür edirəm.

  2. Hörmətli Samir, Allahqulubağı kəndi Əlibəyli bələdiyyə qurumuna daxil olmasını nəzərə alaraq , Bələdiyyə tərəfindən sizin çəkmiş olduğunuz şəkillər yüksək qiymətləndirilmişdir. İstedadlı gənc üçün bir təşəkkür az olmasını nəzərə alaraq ,bələdiyyə tərəfindən mükafata laiq görülürsünüz.
    Əlibəyli bələdiyyəsinin sədri E.Xəlilov

Comments are closed.