Prezidentin qızının təşəbbüsü çərçivəsində Zərdabda ağac əkildi

0

Zərdab-ağacəkmə

8 noyabr 2014-cü il tarixdə Zərdab rayonu ərazisində, Zərdab-Ucar avtomobil yolunun 4-9-cu kilometrində “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kampaniyası keçirilib, 400 nəfərdən çox zərdablı bu kampaniyada iştirak edib. 1800-ə qədər şam, akasiya, türk qovağı, sərv, meliya və digər ağaclar əkilib. Rayonda son 2 ayda magistral yol kənarlarına, inzibati ərazilərdə fərdi təsərrüfatçıların pay torpaqlarında, idarə, müəssisə və ümumtəhsil məktəblərinin həyətlərində 60 mindən çox ağac əkilib. Bu işlər gələcəkdə də davam etdiriləcəkdir.

Zərdab Rayon İcra Hakimiyyəti Zərdab-ağacəkməZərdab-ağacəkməZərdab-ağacəkmə