Məlikli və Pərvanlı kəndlərində çəltik əkirlər

0
26

Zərdab-çəltikZərdab rayonunda çəltik əkinləri ötən illə müqayisədə dörd dəfədən də çox artaraq 12 hektardan 50 hektara çatdırılıb. Məhsul istehsalı isə 27 tondan 115 tona yüksəlib. Rayonda çəltikçiliklə əsasən Məlikli və Pərvanlı inzibati ərazi dairələrinin sakinləri məşğul olunur. Zerdab.com saytı xəbər verir ki, cari mövsümdə 15 hektarda çəltik yetişdirən və hər hektardan 23 sentner məhsul istehsal edən fermer Məhəmməd Hüseynov AzərTAc-a müsahibəsində deyib:

– Çəltikçilik gəlirli sahədir. Belə ki, məsələn, taxılın kiloqramını 25-45 qəpiyə, çəltiyi isə 1 manata satırıq. Əlbəttə, çəltiyi becərmək böyük zəhmət tələb edir. Bu bitkinin özünəməxsus becərmə texnologiyası var. Çoxları bunu bilmir. Amma son vaxtlar torpaq mülkiyyətçiləri bu sahəyə böyük maraq göstərirlər. Belə getsə, yaxın gələcəkdə çəltikçilik rayonmuzun aqrar sektorunda mühüm sahələrdən biri olacaq.