Gəlmə Kənd Kitabxana Filialında tədbir keçirilib

1
Gəlmə Kənd Kitabxana Filialı

Gəlmə Kənd Kitabxana Filialı

13 saylı Gəlmə Kənd Kitabxana Filialında “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Zerdab.com saytına verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə müvəkkili – Ombudsman tərəfindən respublikamızda “Uşaq hüquqları aylığı” (20 oktyabr – 20 noyabr) elan olunması ilə bağlı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərtib etdiyi tədbirlər planına əsasən təşkil olunub. Tədbiri giriş sözü ilə kitabxananın müdiri İlahə Hüseynova açaraq Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının yaranma tarixi, uşaqların hüquqları barədə məlumat verdi. Uşaq bağçası körpələr evinin müdiri Dilarə Məmmədova ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışaraq əlamətdar gün münasibəti ilə bütün uşaqları təbrik etdi. Tərbiyəçi müəllimə Bəturə İsayeva və Səkinə Mustafayeva çıxış edərək uşaqlara göstərdikləri qayğı və diqqətə görə ölkə Prezidentinə, onun xanımına-uşaqların yaxın dostu Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər. Tədbirdə uşaq bağçasının fidanları – Fatimə, Əli, Ülkər, Rəvanə, Uğur, Kamil, İman və başqaları şeir söylədilər, mahnı oxudular, rəqs etdilər.

 

Zerdab.com

1 comment

  1. Azərbaycanda yetişməkdə olan gənc nəslin milli adət-ənənələr, vətənpərvərlik ruhunda təlim-tərbiyəsi, maarifləndirməsi işi ilə bağlı belə tədbirlərin mütəmadi keçirilməsini çox alqışlayırıq.İlahə xanım belə tədbirlərin keçirilməsinə qoşulduğunuza görə sizə təşəkkür edirik.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

twelve + twenty =