Ağlıma qəribə fikirlər gəlir

4
Gülər Allahverdiyeva
Gülər ALLAHVERDİYEVA. Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı
Gülər Allahverdiyeva
Gülər ALLAHVERDİYEVA.
Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı

ƏTRİNİN QOXUSU BURNUMA GƏLİR

O gündən bu günə içimdəsənmiş,

Qəlbimdə əvvəlki biçimdəsənmiş,

Mən tənha bildiyim bu can evimi,

Bilməzdim, demə, tərk etməmisənmiş.

***

Ləhcənə, dilinə həsrət qalmışam,

Sənlə çiçəkləyib, indi solmuşam.

Ətrinin qoxusu burnuma gəlir,

Elə bil, mən axı dəli olmuşam?!

***

Ağlıma qəribə fikirlər gəlir,

Elə bil, xoşbəxtlik məndən gizlənir.

Bir zaman şən, xoşbəxt olan ürəyim,

Zalım ürəyindən sevgi dilənir.

***

Tər-təmiz sevgidən yalan doğurdun,

Canıma qəsd edib, Əzrayıl oldun.

Sən ki, ürəyintək sevirdin məni,

Müqəddəs sevgidən nə tez yoruldun?…

4 ŞƏRH

Şərh yaz

Please enter your comment!
Please enter your name here

5 + 7 =