Zərdabda “Uşaq hüquqları aylığı” ilə bağlı tədbirlər keçirilib

0
27

Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi1   Zərdab Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Uşaq hüquqları aylığı” (20 oktyabr-20 noyabr) çərçivəsində silsilə tədbirlər keçirib. Növbəti tədbir Ş. Qurbanov adına 2 saylı şəhər orta məktəbində təşkil olunub. Zerdab.com saytına verilən məlumata görə, tədbirdə “Uşaqlar dünyamızın sevincidir” adlı sərgi təşkil edilib. Mərkəzi Kitabxananın əməkdaşları Elnarə Salikova, Məlahət Cavadova, Aygün Sarıyeva, Cəmalə Feyzullayeva və Vüsalə Abdullayeva uşaq  hüquq və vəzifələri, “Uşaq hüquqları aylığı” haqqında geniş məlumat verdilər. 2 saylı məktəbin müəllimi Çimnaz Manafova, psixoloq Zülfiyyə Umudova, məktəbin kitabxanaçısı Gülzar Həsənova tədbirdə yaxından iştirak etdilər.vTədbirdə fəal iştiraklarına görə 4-cü snif şagirdləri – Fərid, Səma, Emil, Güllər, Cavidan, Tural, Qiyas, Natiq, Jalə kiçik hədiyyələrlə mükafatlandırıldılar.Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana SistemiZərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərtib etdiyi tədbirlər planına uyğun olaraq bundan öncə “Bizim uşaq dünyamız” adlı  tədbir Yarməmmədbağı kənd kitabxana filialının rəhbərliyi ilə İ. Nəsimi adına Yarməmmədbağı tam orta məktəbində təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə Yarməmmədbağı kənd kitabxana filialının müdiri Ofeliya Əzizova açaraq iştirakçılara Beynəlxalq Uşaq Hüquqları Konvensiyası haqqında məlumat verib. Məktəbin müəllimləri Mətanət Hümmətova, Aynurə Azayeva, Sərmayə Süleymanova Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının yaranma tarixindən, uşaqların hansı hüquqlara malik olmaqlarından, uşaqlara göstərilən diqqət və qayğıdan geniş bəhs ediblər. Həsənzadə Rəna, Tapdıqova Gülnur, Xəlilov Nofəl, Aslanova Səma, Hüseynova Fəridə, Ramazanov Murad və başqa məktəblilər söylədikləri şeirlərlə dövlətimizə, bayrağımıza, dövlətçiliyimizə böyük məhəbbətlərini nümayiş etdiriblər.Yarməmmədbağı kəndi

Zerdab.com