Ramiz Mehdiyevin qaldırdığı məsələ ilə bağlı Zərdabda konfrans

1
29

Zərdab Rayon İcra HakimiyyətiZərdabda “Yetkinlik yaşına çatmayanlar arasında hüquqpozmalara və cinayət hallarına qarşı aparılan profilaktiki tədbirlərin daha da gücləndirilməsinin aktual problemləri” mövzusunda konfrans keçirilib

 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil edilmiş seminar müşavirədə çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik cənab Ramiz Mehdiyev humanitar sahədə Rayon İcra Hakimiyyətlərinin qarşısında duran vəzifələrdən danışmış və bu sahədə aparılan işlərin daha da gücləndirilməsi üçün konkret tapşırıqlar vermişdir. Həmin tapşırıqlardan biri də yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq hallarına qarşı tədbirlərin gücləndirilməsi olmuşdur.

Bu məqsədlə Zərdab rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi rayon ərazisində yetkinlik yaşına çatmayanlar arasında hüquqpozmaların və cinayət hallarının vəziyyətini ətraflı araşdıraraq mövcud nöqsanları aradan qaldırmaq üçün müxtəlif silsilə tədbirlər həyata keçirirlər. Həmin tədbirlərdən biri də Rayon Mədəniyyət Evində keçirilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1989-cu il tarixli qərarı ilə hər ilin 20 noyabr tarixində qeyd olunan Ümumdünya Uşaq Hüquqları Konvensiyası günü ərəfəsində keçirilən “Yetkinlik yaşına çatmayanlar arasında hüquq pozmalara və cinayət hallarına qarşı aparılan profilaktiki tədbirlərin daha da gücləndirilməsinin aktual problemləri” mövzusunda konfransı giriş sözü ilə Zərdab rayon İcra Hakimiyyətinin başçısı, iqtisadiyyat üzrə fəlsəfə doktoru cənab Lütvəli Babayev açaraq bu sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

İcra başçısı dövlətimizin gənclər siyasətinin rayonumuzda da uğurla həyata keçirildiyini bildirməklə yanaşı bu sahədə görülən işlərin daha da təkmilləşdirilməsinin vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Erkən nikahın, narkomaniyaya meylliliyin və digər zərərli vərdişlərin fəsadlarından danışan natiq yeniyetmələri hüquqazidd əməllərdən çəkindirmək məqsədilə mədəni-kütləvi tədbirlərin sayının və kütləviliyinin artırılmasının, ayrı-ayrı idman növləri üzrə çoxsaylı rayon birinciliklərinin keçirilməsinin, gənclər arasında bilik yarışlarının, müsabiqələrin təşkilinin zəruriliyini qeyd etməklə,  yetkinlik yaşına çatmayanlar arasında hüquqpozmalara qarşı mübarizədə məktəb, pedaqoji kollektiv, ictimai təşkilatlar, hüquq-mühafizə orqanları ilə yanaşı ağsaqqalların, ailənin və valideynlərin də rolunun artırılmasının əhəmiyyətini vurğulamışdır.

Konfransda Rayon Polis Şöbəsinin rəis müavini Adil Əsədov “Rayon ərazisində yetkinlik yaşına çatmayanlar arasında hüquqpozmaların və cinayət hallarının vəziyyəti və buna qarşı profilaktiki tədbirlərin gücləndirilməsi barədə” ətraflı məruzə etmişdir.

Rayon prokuroru, Təhsil Şöbəsinin müdiri, Gənclər və İdman İdarəsinin rəisi, VVADQ rayon şöbəsinin müdiri, Ağsaqqallar Şurasının sədri çıxış edərək müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini söyləmiş və müvafiq təkliflər irəli sürmüşlər.

Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Konfransa Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev yekun vurmuşdur.

Zərdab Rayon İcra HakimiyyətiZərdab Rayon İcra HakimiyyətiZərdab Rayon İcra Hakimiyyəti

1 comment

  1. mende bu konfransda istirak etdim ve bu konfrans menim ureyimce oldu.Cenab bascinin menim kimi gencleri maariflendirmesi meni cox sevindirdi.Buna gore her kese tessekkur edirem

Comments are closed.