Zərdabda ov edən Ucar sakini 1000 manat cərimələndi

0
24

qanunsuz ovEkologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən 19-23 noyabr tarixlərində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, reyd zamanı Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisində ovla məşğul olan kənd sakini Nicat Eyyublu saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Zərdab rayonu Qarasu çayı sahilində ov edən Ucar şəhər sakinləri Heydər Qarayev və Kamil Əhmədov saxlanılıb. Onlardan 2 ov tüfəngi, 43 patron götürülərək qanun pozucuları barəsində akt və protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.