Zərdabda səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək

0
21

Zərdab Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti bu il dekabrın 5-də Zərdab rayonunda davam etdiriləcək. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Zerdab.com-a verilən məlumata görə, qurumun Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada dekabrın 5-də Zərdab rayonunun əlilliyi olan sakinlərinə səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirəcək. Rayon üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidmətinə ehtiyacı olan şəxslər artıq qeydiyyata alınıb. Həmin şəxslər  ehtiyaclarına uyğun olaraq, yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin ediləcəklər.

Zerdab.com