Rayonumuzun gənclərindən maarifləndirici – VİDEO

1
30

Zərdab gəncləriGəncə şəhərində UNICEF-in Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində “Könüllülük/ Qərar qəbul etmədə gənclərin iştirakı” üzrə beynəlxalq konfransı baş tutub . Konfransda layihə çərçivəsində Zərdab rayonunda yaradılmış, gənclərdən ibarət dəstək qrupunun təmsilçiləri də iştirak ediblər. 
Bundan başqa konfransda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova, layihəyə donorluq edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze, BAMF-nun sədri Umud Mirzəyev və MDB ölkələrindən gələn gənclərdən ibarət nümayəndə heyəti iştirak edib. Zerdab.com saytı layihə çərçivəsində rayonumuzun gənclərinin çəkdikləri videonu təqdim edir.

Zerdab.com

1 comment

Comments are closed.