Zərdab rayon Məşğulluq Mərkəzində “dəyirmi masa” keçirildi

0
19

Zərdab Rayon Məşğulluq MərkəziZərdab Rayon Məşğulluq Mərkəzində “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndlərinin pozulmasında təqsirkar olan işəgötürənlərə qarşı tətbiq edilən inzibati cərimələr barədə işəgötürənlərin məlumatlandırılması və işəgötürənlərlə qarşılıqlı əlaqələrin qurulması” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı  Aparatının baş məsləhətçisi Şövqi Qafarov, həmkarlar ittifaqı təşkilatının nümayəndələri, məktəb direktorları, müəssisə rəhbərləri iştirak ediblər.

Zərdab Rayon Məşğulluq Mərkəzinin direktoru Ədalət Rəhimov çıxış edərək bildirib ki, Dövlət Məşğulluq siyasətinin əsas icraçısı Məşğulluq Xidməti orqanları olsa da, müvafiq qanunvericilik  bu sahədə işəgötürənlərin də üzərinə müəyyən öhdəliklər qoyur.

Tədbirdə digər çıxış edənlər belə tədbirin keçirilməsinin vacibliyini vurğulamaqla,  “Məşğulluq haqqında” Qanunun tələbləri baxımından hesabatları bundan sonra da vaxtında, düzgün və tam olaraq təqdim edəcəklərini, sosial  müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi sahəsində  səlahiyyətləri daxilində  köməklik edəcəklərini bildiriblər.

Zerdab.com