Zərdabda YAP-ın namizədləri ilə görüş keçirilib – FOTOLAR

2
24

Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatı   Zərdabda Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri ilə təşviqat xarakterli görüş keçirilib. Bu barədə Zerdab.com saytına YAP Zərdab Rayon Təşkilatından məlumat verilib.

Zərdab Şəhər Mədəniyyət Evində keçirilən görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmlər doktoru, professor Şəmsəddin Hacıyev, Yeni Azərbaycan Partiyası Şirvan zonasının kuratoru Həsən Daşdəmirov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədr müavini, Yeni Azərbaycan Partiyası Zərdab rayon qərargahının və təbligat-təşviqat qrupunun üzvü Vüsalə Kərimova açaraq bildirib ki, 1 dekabr 2014-cü il tarixdən artıq seçkilər təbliğat-təşviqat mərhələsinə qədəm qoyub: “Yeni Azərbaycan Partiyası rayon təşkilatının seçki qərargahı və təbliğat qrupları təbliğat kampaniyasına başlayıb. Yeni Azərbaycan Partiyası xətti ilə 237 nəfər namizədimiz qeydə alınıb. Biz inanırıq ki, əvvəlki 3 bələdiyyə seçkilərində olduğu kimi, bu il keçiriləcək növbəti, 4-cü bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası uğurlu qələbə qazanacaqdır”.

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmlər doktoru, professor Şəmsəddin Hacıyev çıxış edərək vurğuladı ki, vətənini, xalqını sevən, ona ləyaqətlə xidmət edən hər bir Azərbaycan vətəndaşına məlumdur ki, son 10 ildə ölkəmizdə aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət proqramlarının uğurlu icrası, sürətli sosial-iqtisadi inkişaf, genişmiqyaslı və çoxsaylı sosialyönümlü layihələrin tətbiqi, əhalinin rifahının yüksəldilməsi naminə atılan müsbət addımlar Azərbaycanı güclü və qüdrətli respublikaya çevirib: “Bu inkişafı daha da artırmaq, daha da güclü olmaq üçün sizləri 23 dekabrda Yeni Azərbaycan Partiyası namizədlərinə səs verməəyə çağırıram”.

Daha sonra Yeni Azərbaycan Partiyasının namizədləri Pərvanə Məmmədova, Şirin Şirinov, Abdul Orucov çıxış edərək dedilər: “Partiyanın sədri, Prezident İlham Əliyev gənclərə arxalandığı kimi biz də dövlətimizə sadiq olmalı və dövlət başçısının etimadını doğrultmalıyıq. Biz inanırıq ki, bu Bələdiyyə seçkilərində də seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə, ölkəmizin inkişafına növbəti töhfələrini verəcəklər”.

Zerdab.comYeni Azərbaycan Partiyası Zərdab Rayon TəşkilatıYeni Azərbaycan Partiyası Zərdab Rayon TəşkilatıYeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatı

2 ŞƏRH

  1. İlk bələdiyyə seçkiləri zamanı Zərdabda ən böyük saxtakarlıq baş vermiş və azərbaycan recpublikası konstitusiysı pozulmuşdur.Bu pozuntu aşağıdakından ibarət olmuşdur:
    İlk bələdiyyə seçkiləri inzibati ərazi vahidləri üzrə keçirilmlşdir.Həmin vaxt Zərdabda 41 inzibati ərazi vahidi olmuşdur.Bu inzibati ərazi vahidləri arasında QOŞAOBA adlı ərazi vahidi olmayıb.Lakin rayonun o vaxtki rəhbərliyi Böyük Dəkkə inzibati ərazi vahidinin əvəzinə mövcud olmayan QOŞAOBA “ərazi” vahidini daxil etmişdir.Beləliklə saxta QOŞAOBA bələdiyyəsi yaradaraq Zərdab şəhər sakinlərinə bölünməli olan əmlakı “QOŞAOBA SAKİNLƏRİ”arasında bolüşdürmək adı altında öz aralarında bölüşdürmüşlər.Beləliklə Azərbaycan Respublikası konctitusiysının 95-ci maddəsinin 1-ci bəndinin 3-cü hissəsinə əsasən Az.Respublikası MM-nə verilmiş səlahiyyəti mənimsəmişlər ki,bu da dövləti cinayətdir.

  2. Bu inzibati-ərazi vahidlərinin siyahısı Milli Məclisin aparatı tərəfindən təqdim olunmuş və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 6 avqust 1999-cu il tarixli qərarı ilə elan edilmişdir.

Comments are closed.