İsaməddin Əhmədov: “Bəsdi dözümümü yoxladın dünya”

4
27

FotoMƏNİM DEYİLƏSİ SÖZÜM QALMAYIB

Mənim deyiləsi sözüm qalmayıb,

Sən mənim dilimi bağladın, dünya,

Mən doğulan günü hamı sevindi,

Sən mənim günümə ağladın, dünya.

***

O gecə sel gəldi, qara yel əsdi,

Fələyin, bağrımı yarmaqdı qəsdi,

Cəhd etdim qaçmağa, gördüm əbəsdi,

Sən məni yolumdan saxladın, dünya.

***

Saldın dərələrə, qovdun düzlərə,

Üzümü tuş etdin murdar üzlərə,

Verdin ixtiyarı ürəksizlərə,

Köz basıb sinəmi dağladın, dünya.

***

İndi ömür keçib, dilim də laldı,

Nə qədər arzular qəlbimdə qaldı,

İnsaf et, vur öldür,–qanım halaldı,

Bəsdi dözümümü yoxladın dünya.

 

İSAMƏDDİN ƏHMƏDOV, “Əkinçi” qəzetinin redaktoru.

4 ŞƏRH

  1. Çox hörmətli İsaməddin müəllim.Sizin yazdığınız şerlərin hər bir misrasını sevə-sevə oxuyuruq.Sizə və sizin simanızda bütütn Zərdab yazarlarına minnətdarlığımızı bildiririk.Kitablarınızı da mütəmadi olaraq kitabxanamızda görmək istəyirik.

  2. Hörmətli İsaməddin muəllim! Arzu edirik ki,qəlbinizdəki arzularınız həyatda gerçəkləşsin. İlləriniz yeni-yeni yaradıcılıq uğurları ilə yadda qalan olsun.

  3. Çox sağ olun. Minnətdaram sözə verdiyiniz qiymətə görə. Allah hamınıza can sağlığı və xoşbəxtlik nəsib eləsin! İnşallah, yeni kitabımın ilk nüsxələrini kitabxananıza verəcəyəm qismət olsa. Bir daha təşəkkürlər.

  4. İsaməddin müəllim .Şerinizi oxudum.Bəli, dünya yaman dünyadı.Kimini ağladır, kimini güldürür.

Comments are closed.