Dəli Quşçu və Dəkkəobada seçicilərlə görüş olub

0
23

YAP Zərdab Rayon TəşkilatıYeni Azərbaycan Patiyasının (YAP) Zərdab rayon təşkilatının Seçki qərargahının təbliğat qrupu seçicilərlə növbəti görüşünü rayonun Dəli Quşçu və Dəkkəoba kəndlərində keçirib. Zerdab.com saytına verilən məlumata görə, görüşdə YAP Zərdab rayon təşkilatının sədr müavini, YAP Zərdab rayon qərargahının və təbliğat-təşviqat qrupunun üzvü Vüsalə Kərimova, YAP Zərdab rayon qərargahının və təbliğat-təşviqat qrupunun üzvü Gülağa İsgəndərov, YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvü Sara Soltanova, YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvü Ziyad Xancanov çıxış ediblər. Onlar bildiriblər ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir: “YAP isə bu inkişafın önündə gedir, xalqa sədaqətlə xidmət edir. İnanırıq ki, partiyamızın namizədləri də dövlətimizin tərəqqisi, xalqımızın rifahı naminə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər”.

Zerdab.com

YAP Zərdab Rayon TəşkilatıYAP Zərdab Rayon Təşkilatı-4YAP Zərdab Rayon TəşkilatıYAP Zərdab Rayon Təşkilatı