Hörmət görmək istəyən hörmət eləsin

1
anlamlı foto
anlamlı fotoKefin olmadısa, qanın qara oldusa, malın, pulun nə dəyəri olacaq axı? Əsas olan əhvali-ruhiyyədir, xoş ovqatdır.
 Üzün gülürsə, canın sıxılmırsa, demək xoşbəxtsən, rahatsan. Könül xoşluğunu heç nə ilə satın almaq olmaz. Yaxşı adamlar əslində elə könlü xoş olan adamlardır, başqalarının canını sıxmayan, görünəndə çöhrələrə sevinc, təbəssüm qonan insanlardır. Zənginlik təkcə sərvətlə deyil ki? Elə insan var ki, sərvəti başından aşır, amma ürəyi, könlü, duyğuları xaraba mənzil kimidir, yel vurur, yengələr oynayır. Tibb elmi sübut edib ki, xoş əhvali-ruhiyyə sağlamlıq üçün çox əhəmiyyətlidir. Bəzən insan daxili gücünü səfərbər edərək yüksək əhvali-ruhiyyə ilə ən ağır xəstəliklərə belə qalib gələ bilir.

Bütün bu söylədiklərimiz çox doğru və çox da gözəl. Amma bir məsələ də var ki, gərək hər birimiz özümüzə nəzarət edək ki, ətrafımızda hansı əhval-ruhiyyə formalaşdırırıq. İnsan gərək fədakar ola, kefi istəməsə belə, başqalarına təbəssümlə baxa, salam verə, xoş sözlər söyləyə. Rast gəldiyin birinə salam verirsən, əllərini sıxıb kefini soruşursan, onun hansısa işinə köməkçi olmaq istəyirsən və bir təşəkkür alıb ayrılıran. Amma heç xəbərin də olmur ki, sənin bu səmimiyyətin, bu xos davranışın onun bütün sıxıntılarını, kədərini silib apardı. İnsanların üzünə təbəssümlə baxmaq lazımdır. Adam var, üzünə baxanda canın sıxılır, adam da var, üzünü görəndə ürəyin açılır. Başqalarına dəyər vermək əslində özünə hörmət eləməkdir. Hörmət görmək istəyirsənsə, gərək bağqalarına da hörmət etməyi bacarasan. Bir şeyi də heç unutmayın ki, insan davamlı olaraq özünü bir əhval-ruhiyyəyə kökləməyə çalışsa, o əhvali-ruhiyyə həmin adamın xasiyyəti, xarakteri olar. Bu da özünütərbiyənin bir yoludur.

1 comment

  1. “Hörmət görmək istəyən hörmət eləsin.” Azerbaycan dilinde,yeni elin cibinde olsun!!!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

15 + 2 =