Zərdab rayon Mərkəzi Kitabxana Sistemində Ulu öndər anıldı

5
29

Zərdab rayon Mərkəzi Kitabxana Sistemi
Zərdab rayon Mərkəzi Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsində dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ömrünün mənası xalqına xidmət” adlı ədəbi-bədii kompazisiya keçirilib. Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva açaraq Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat verib. Sonra Kitabxananın əməkdaşı Cəmalə Feyzullayeva “Dünya miqyaslı siyasətçi” adlı  məruzə ilə çıxış edib. Tədbir şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış “Ömrünün mənası xalqına xidmət” adlı kompazisiya ilə davam edib. Tədbirdə F. B. Köçərli adına uşaq kitabxanasının əməkdaşları Zahirə xanım və Sevil xanım çıxış edərək gənclərə həmişə bu dahi insandan nümunə götürməyi, onun ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı tövsiyyə ediblər. 3 saylı məktəbin müəlliməsi Nuranə xanım, Tarix-Diyarşünaslıq Muzeyinin, Həsən bəy Zərdabi Muzeyinin, “Əkinçi” qəzetinin, MKS-nin əməkdaşları çıxış edərək Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs ediblər.

Zərdab rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Nailə ƏliyevaZərdab rayon Mərkəzi Kitabxana SistemiZərdab rayon Mərkəzi Kitabxana Sistemi

5 ŞƏRH

  1. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.
    Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü.
    Allah rəhmət eləsin!

  2. Mə­nim fik­rim­cə, mil­yon­la­rın ürə­yin­dən gə­lən bu söz­lər ona ümum­xalq mə­həb­bə­ti­nin ifa­də­si­dir: “Nə qə­dər ki, müs­tə­qil Azər­bay­can döv­lə­ti var, Azər­bay­can xal­qı var, Hey­dər Əli­yev ürək­lər­də ya­şa­ya­caq­dır!”

  3. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” Bunu söyləyən şəxsin fəxarətli ömür yolu xalqımız üçün həyat məktəbinə çevrilib.O,həqiqətən fəxr etməli,qürur duymalı bir rəhbər idi.Tanrı bu insana bütün yaxşı xüsusiyyətləri bəxş etmişdi.Bütün Azərbaycan xalqının qəlbində müqəddəslik,dahilik,nəciblik mücəssəməsinə çevrildi.Bu insan tarixin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir.
    Azərbaycan xalqının bu günü üçün Ulu Öndərə minnətdarıq.Allah Ona rəhmət eləsin,qəbri nurla dolsun!

  4. Yaşadığımız rahat heyatı,savaşsız güclü dövleti Ulu Önderimiz Heyder Eliyeve borcluyuq.mekanı cennet olsun.

  5. Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.Allah rəhmət eləsin!

Comments are closed.