YAP Zərdab rayon təşkilatı seçicilərlə görüşü davam etdirir

0
24

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının Seçki qərargahının təbliğat qrupu 11 dekabr tarixdə seçicilərlə növbəti görüşünü rayonun Sarıqaya, Burunlu, Məlikli, Qoruqbağı və Pərvanlı kəndlərində keçirib.
Tədbirləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Pərvin Mahmudova çıxışında bələdiyyələrin fəaliyyətindən, ölkəmizdə əldə olunan uğurlardan, Azərbaycan xalqının sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində yürüdülən siyasətin nəticələrindən danışıb. P. Mahmudova bildirib ki, YAP yarandığı gündən müstəqil Azərbaycanın qüdrətlənməsi üçün ardıcıl siyasət yeridərək ümumxalq partiyasına çevrilib, bu mənada onunla rəqabət apara biləcək ikinci bir siyasi qüvvə yoxdur.
Natiq eyni zamanda, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərinin qələbə əzminin daha yüksək olduğunu vurğulayaraq, seçiciləri səsvermə günündə fəallıq göstərməyə çağırıb.
Daha sonra YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvləri Ziyad Xancanov, Vəfa Bayramova, Məktub Eyvazov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, ölkəmizdə, eləcə də, rayonda görülən işlərdən danışaraq seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət ediblər.
Seçicilər növbəti bələdiyyə seçkilərində də YAP namizədlərinin seçicilərin əksəriyyətinin etimadını qazanaraq bələdiyyələrdə təmsil olunacaqlarına inandıqlarını bildiriblər.

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı           Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının Seçki Qərargahının təbliğat qrupu dünən növbəti görüşünü həmçinin rayonumuzun Siləyli, Yuxarı Seyidlər, Bıçaqçı və Körpükənd kəndlərində keçirib. Tədbirdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Pərvin Mahmudova, YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvləri Zabit Davudov, Vəfa Bayramova iştirak və çıxış ediblər.

 Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıYeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı