YAP Zərdab rayon təşkilatı seçicilərlə görüşlər keçirib

1
37

ZərdabZərdabZərdab   Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü rayonun I Alıcanlı, II Alıcanlı, Cilovxanlı kəndlərində və Bəyimli qəsəbəsində keçirib.
Tədbirləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Pərvin Mahmudova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti təsisatlarının təkmiləşdirilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin genişlənməsinə əlverişli şərait yaratmışdır. Bələdiyyələr yarandığı ilk gündən ötən müddət ərzində öz üzərlərinə düşən vəziflərin yerinə yetirilməsində, bölgələrin abadlaşmasında və müasirləşməsində, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm naliyyətlər əldə etmişlər.
YAP öz üzərinə xalqımıza ən yüksək səviyyədə xidmət etmək missiyasını götürüb və bu günə qədər həyata keçirilən tədbirlərlə həmin missiyanın öhdəsindən layiqincə gəlib. Biz əminliklə qeyd edə bilərik ki, hər zaman siyasi kampaniyalarda aktiv iştirak edən Zərdab sakinləri budəfəki seçkilərdə də yüksək fəallıq göstərəcəklər və hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən zərdablılar bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Daha sonra YAP Zərdab rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Səbuhi Kərimov, Vüsalə Kərimova, həvəskar şair Mübariz Səfiyaroğlu çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının nəticələrindən, YAP-ın ölkədə və beynəlxalq aləmdə günbəgün artan nüfuzundan söhbət açdılar və əmin olduqlarını bildirdilər ki, görülən işlər məntiqi nəticəsini verəcək, partiyamız tərəfindən irəli sürülən namizədlər layiqli qələbə qazanacaqlar. Keçirilən görüşlərdə seçicilər ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edən, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət və məzmunda həyata keçirilən siyasi kursu dəstəklədiklərini bəyan etməklə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərə yekdilliklə səs verəcəklərini bildiriblər.
Tədbirin sonunda təbliğat-təşviqat qrupunun fəal üzvü, həvəskar şair Mübariz Səfiyaroğlu YAP-na həsr etdiyi şeiri tədbir iştirakçılarının diqqətinə çatdırıb.ZərdabZərdab

Çallı və Məlikumudlu kəndlərində görüş

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Çallı və Məlikumudlu kəndlərində keçirilib.
Tədbirləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Pərvin Mahmudova bildirib ki, bələdiyyələr daim vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, sakinlərin etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir. Ötən dövrdə bələdiyyələr müsbət təcrübə qazanıb, onların cəmiyyətdə rolu artıb.
Natiq, həmçinin, qeyd edib ki, bütün siyasi kampaniyaları qələbə ilə başa vuran Yeni Azərbaycan Partiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını mütəşəkkilliklə davam etdirir: “Rayonumuzda da bu kampaniya səmərəli və mütəşəkkil qaydada aparılır. İnanıram ki, rayon sakinləri arasında nüfuzu olan namizədlərimiz bu seçkidə də qalib olacaqlar”.
Daha sonra YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvləri Səbuhi Kərimov, Sara Sultanova, İsaməddin Əhmədov, ilk dəfə səs verən Leyla Eldarzadə çıxış edərək bildiriblər ki, Azərbaycan demokratik inkişaf yolunda dinamik addımlarla irəliləyir: “Bütün bunlar onu göstərir ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi inkişaf və sabitlikdir. Ona görə də Zərdab rayonu ictimaiyyəti bu inkişafa, sabitliyə səs verməklə növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərməlidirlər”.
Tədbirlər seçicilərin yüksək əhval-ruhiyyəsi ilə müşayət olunub.

Zərdab

YAP Zərdab rayonunda ilk dəfə səs verənlər və gənc namizədlərlə görüş keçirdi

23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Zərdab rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş gənc namizədlər və ilk dəfə səs verənlərlə görüş keçirildi.
Tədbirdə millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev, millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Texnika elmləri doktoru Elton Məmmədov, Milli Məclisin Zərdab rayonundan deputatı, professor, filologiya üzrə elmlər doktoru Jalə xanım Əliyeva, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və YAP Şirvan zonası üzrə kuratoru Həsən Daşdəmirov iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti təsisatlarının təkmiləşdirilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin genişlənməsinə əlverişli şərait yaratmışdır. Bələdiyyələr yarandığı ilk gündən ötən müddət, eləcə də 2009-2014-cü illər ərzində öz üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində, bölgələrin abadlaşmasında və müasirləşməsində, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm naliyyətlər əldə etmişlər.
Pərvin Mahmudova qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının 5840 nəfər üzvünün 2675 nəfərini (46 %) qadınlar, 2043 nəfərini ( 35 %) isə gənclər təşkil edir. Yeni Azərbaycan Partiyası rayon təşkilatı qarşıdakı bələdiyyə seçkiləri ilə əlaqədar rayon üzrə 27 bələdiyyəyə 237 nəfərin namizədliyini irəli sürüb ki, bunlardan 106 nəfəri, yəni 44,7 %-i qadınlar, 95 nəfəri, yəni 40,1 %-i gənclərdir.
Tədbirdə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ələkbər Kərimov çıxış edərək bildirdi ki, bütün seçkilərdə olduğu kimi qarşıdakı bələdiyyə seçkilərində də YAP namizədləri aktiv iştirak edəcək və seçkiləri yüksək qələbə ilə başa vuraraq, ölkə Prezidentinin uğurla həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının fəal iştirakçılarına çevriləcəklər.
Daha sonra millət vəkilləri Şəmsəddin Hacıyev, Elton Məmmədov, Milli Məclisin Zərdab rayonundan deputatı, professor, filologiya üzrə elmlər doktoru Jalə xanım Əliyeva, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək, ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticələrindən, Azərbaycanın uğurlu gənclər siyasətindən və bu siyasətin beynəlxalq təşkilatlar tərəfindən nümunə götürülməsindən geniş bəhs etdilər.
Natiqlər qeyd etdilər ki, Son illərdə respublikamızda Bələdiyyələrlə bağlı mühüm islahatlar aparılmış onların səlahiyyətlərinin genişləndirilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür. Bələdiyyə üzvləri arasında çoxluğa sahib olan Yeni Azərbaycan Partiyası haqlı olaraq qazandığı uğurlarla fəxr edir və öz namizədlərinin daha üstün səviyyədə təmsil olunmasını qarşıya məqsəd qoyur.
2014-cü ilin 23 dekabr tarixində Azərbaycanda çox əhəmiyyətli kampaniya –yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərinə inamla və aydın proqramla gedir. İnanırıq ki, seçicilərin partiyamıza olan inamı və dəstəyi qarşıya qoyulmuş proqramın həyata keçirilməsinə, ən layiqlilərin yerli özünü idarəetmə orqanlarına seçilməsinə etibarlı təminat olacaqdır.

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatıZərdabZərdabZərdabZərdabZərdabZərdab

1 comment

  1. Əziz həmvətənlərim , bələdiyyə seçkilərində fəal iştirak etdiyinizə və doğma Vətənimizin uğurlu inkişafında aktiv iştirak etdiyinizə görə sizləri təbrik edirəm. Sizin bu fəallığınız Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının doğum gününə gözəl hədiyyədir. Sizlərə qarşıdan gələn 2015-ci ildə uzun ğmür, cansağlığı və xoşbəxt gələcək arzulayıram. Dərin hörmətlə doktor İ.Mahmudov

Comments are closed.